“ABŞ-ın indiki seçki sistemi köhnəlmiş və qeyri-demokratikdir”
Tarix: 18.11.2016 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Senata seçicilər kollegiyasının ləğv edilməsi və prezidentin birbaşa xalq tərəfindən seçilməsi ilə bağlı qanun layihəsi təqdim edilib

ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri gündəmdən düşmür. Donald Trampın gözlənilməz qələbəsi Birləşmiş Ştatlarda prezident seçkilərinin keçirilmə qaydası ilə bağlı məsələni də açıq müzakirəyə çıxarıb. Çox mürəkkəb seçki sisteminə malik olan Birləşmiş Ştatlarda prezidentlər birbaşa xalqın səsi ilə seçilmir. Bu, əslində, “demokratiyanın beşiyi” üçün müsbət hal deyil. Əksər ekspertlərin fikri belədir ki, ABŞ-ın prezidenti seçmə sistemində kifayət qədər qüsur var. Seçki sistemini müdafiə edənlər hesab edir ki, bu qayda hər hansı saxtakarlıq ehtimalını minimuma endirir.
Amma başqa ekspertlər belə düşünmür. Onların fikrincə, elektron seçici siyahılarına asanlıqla müdaxilə etmək mümkündür. Donald Trapmın prezident seçilməsi bu məsələni elə Birləşmiş Ştatların özündə müzakirə predmetinə çevirib. “Fox News” xəbər verir ki, Kaliforniyadan olan senator Barbara Bokser seçicilər kollegiyasının ləğv edilməsi və prezidentin birbaşa xalq tərəfindən seçilməsini təmin edən sistemə keçidlə bağlı hazırladığı qanun layihəsini Senata təqdim edib. Layihənin müəllifi sentaor Bokser hesab edir ki, “indiki sistem köhnəlmiş və qeyri-demokratikdir”: “ABŞ dünyada yeganə dövlətdir ki, prezident seçkilərində namizəd daha çox səs toplayıb məğlub ola bilir”. “Fox News” qeyd edir ki, belə bir qanun layihəsinin hazırlanması Donad Trampın qazandığı qələbəyə Demokratlar Partiyası tərəfindən növbəti etiraz aksiyasıdır. Məsələ ondadır ki, son rəqəmlərə görə ümumi səsvermədə Hillari Klinton Trampı ən azı 1 milyon səs qabaqlayır. Droğrudur, bir neçə ştatda səslərin yekun sayı hələ yoxdur. Amma həmin nəticələr səsvermənin yekununa təsir etmək iqtidarında deyil. Klinton ümumi səslərin çoxunu qazansa da, ikipilləli sistemə əsasən qalib gələn iş adamı Tramp oldu. Belə bir qanun layihəsinin Konqresdə qəbul olunma ehtimalı çox azdır. Məsələ ondadır ki, qanunverici orqanda yerlərin əksəriyyəti respublikaçılara məxsusdur. Amma layihə qəbul edilsə belə, ştatların 3/ 4-ü 7 il ərzində həmin qanunu ratifikasiya etməlidir. Birləşmiş Ştatlarda seçki sistemini dəyişmək üçün konstitusiyaya dəyişiklik etmək lazımdır. İndiki qaydaya əsasən amerikalı seçicilər səsvermə ilə 538 nəfərdən ibarət seçicilər kollegiyasının üzvlərini seçirlər. Kollegiya üzvləri isə prezidenti seçir. Hər ştatda seçicilər kollegiyasının üzvlərinin sayı fərqlidir. Bu, ştat əhalisinin və ştatdan olan senatorların sayına uyğunlaşdırılıb. Seçicilər kollegiyasına Konqresdə təmsilçisi olmayan paytaxt Kolumbiya dairəsinin 3 nümayəndəsi də daxildir. Seçkidə qələbə qazanmaq üçün namizəd minimum 270 seçicinin səsini qazanmalıdır. Son seçkidə Trampa kollegiya üzvlərinin 290-nı, Klintona isə 232-si səs verib. CNN xəbər verir ki, seçkidə iştirak edən amerikalıların 47,9 faizi - təxminən 62 milyon nəfəri Klintona, 47,1 faizi - 61 milyon nəfər isə Trampa səs verib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info