“Bloomberg”: “Ukrayna ABŞ-ın himayədarlığını itirəcək”
Tarix: 18.11.2016 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Təşvişə düşən Poroşenko və Bayden arasında telefon danışığı olub

“ABŞ-da Donlad Trampın prezident seçkilərində qələbəsindən sonra Ukraynanı hansı perspektiv gözlədiyi, hələ ki, sual altındadır. “Bloomberg” yazır ki, Rusiya ilə Qərb arasında münaqişə zonasına çevrilən Ukrayna Trampın hakimiyyəti dövründə Vaşinqtonun, əsas himayədar olan vitse-prezident Co Baydenin dəstəyindən məhrum olacaq.
Xatırladaq ki, Bayden Beynəlxalq Valyuta Fondundun antikorrupsiya islahatları keçirmək üçün Ukraynaya maliyyə dəstəyi verəcəyini bildirmişdi. Amma “Bloomberg” ehtimal edir ki, vəziyyət dəyişir- Trampın andiçmə mərasimindən sonra Vaşinqton Kiyevə əvvəlki kimi dəstək göstərməyəcək. Ehtimal edilir ki, Vaşinqton Moskva ilə yaxınlaşmaq üçün Obama administrasiyası üçün əsas olan zonalardan birini qurban verməli olacaq. İlk qurban Ukrayna ola bilər. Bunu təsdiqləyən amillərdən biri ABŞ-da keçirilən seçkinin nəticələrinin Kiyevdə böyük bir sarsıntı ilə qarşılanmasıdır. Bu, özünü ən çox ukraynalı rəsmilərin davranışında göstərir. Ölkənin xarici işlər naziri Arsen Avakov başda olmaqla bir çox ölkə rəsmisi sosial səhifələrində Trampın ünvanına tənqidi fikirlər qeyd edib. Ukrayna nəşrlərinə istinad edən mənbələrin bildirdiyinə görə, hazırda rəsmi Kiyev Konqresdə təmsil olunan respublikaçı nümayəndələrlə danışıqlar apararaq yeni seçilmiş prezidentə çıxış axtarırlar. Politoloq Yan Bremmerin fikrincə, Amerika Birləşmiş Ştatları Rusiya ilə bir çox sahədə, xüsusilə Suriya ilə bağlı məsələdə yeni əlaqələr quracağı təqdirdə, böyük ehtimalla Ukrayna qurban veriləcək.

“Trampın andiçmə mərasimindən sonra Vaşinqton Kiyevə əvvəlki kimi dəstək göstərməyəcək”

Ukraynanı sabiq iqtisadiyyat naziri Ayvaras Abromaviçusun etiraf edib ki, Ukraynada bir çox qərarlar Amerika səfirliyi ilə razılaşdırılaraq qəbul edilib: “Öz qərarlarını əvvəlcə amerikalılara təsdiqlətdirirlər. Etiraz edənlərə də deyirlər ki, qərar artıq “tərəfdaşlarla razılaşdırılıb”. “Bloomberg” yazır ki, “Co dayı”, ümumiyyətlə, Vaşinqton olmadan bütün bunlar daha təkrarlanmayacaq”. İndi ukraynalı rəsmilər Beynəlxalq Valyuta Fondundan istədikləri kreditləri özləri almalı olacaqlar. Bir maraqlı məqamı da qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir. Söhbət zamanı Donbasdakı vəziyyət müzakirə edilib. "Poroşenko və Bayden Minsk razılaşmalarının tam şəkildə yerinə yetirilməsinin vacibliyini, Rusiyaya qarşı sanksiyaların uzadılmasının vacibliyini vurğulayıblar. Tərəflər Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün bərpası və münaqişənin sülh yolu ilə həllindən başqa, alternativin olmadığını bir daha təsdiqləyiblər ”, məlumatda bildirilir. Söhbət zamanı tərəflər, həmçinin Ukraynada həyata keçirilən islahatlara toxunublar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
“Türkiyənin güclənməsi və dünyada söz sahibi olmasını istəməyən qüvvələr var”
25.04.2019
Qazaxıstanda prezident seçkilərində ilk dəfə qadının namizədliyi irəli sürülüb
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info