Müəllim hazırlığı üzrə yeni proqramlar yaradılıb
Tarix: 18.11.2016 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Akademik İsa Həbibbəyli:
“İnnovativ fəaliyyət olmasa, yeni nəsli tərbiyə etmək, gələcəyə hazırlamaq çətindir”
Bill Martin:
“Müəllimlər uşaqlar üçün yaxşı təlim vermək istəyirlərsə, onların düşüncə tərzi və mental modelləri dəyişməlidir”

Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Təlimin keyfiyyətinin yüksəldilməsi” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktoru Qrem Pollok deyib ki, konfransda şagirdlərin təlim nailiyyətlərinin yüksəldilməsi istiqamətində müzakirələr aparılacaq. O qeyd edib ki, konfransda iki tanınmış beynəlxalq məruzəçi - ABŞ-dan Bill Martin və Yeni Zelandiyadan Debra Mastersi iştirak edir: “Bill və Debra bizi beynəlxalq tədqiqatlar fonunda tədris praktikamız ətrafında düşünməyə ruhlandıracaq”.

Azərbaycan Müəllim İnkişafı Mərkəzinə əlavə təhsil mərkəzi kimi lisenziya verilib
Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxışında bildirib ki, Azərbaycan Müəllim İnkişafı Mərkəzinin yeni binasının açılışı Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına bir töhfədir: “Avropa-Azərbaycan Cəmiyyəti ölkədə təhsilin inkişafına xüsusi önəm verir. Bu məqsədlə ölkədə ən qabaqcıl təhsil standartlarına cavab verən Avropa-Azərbaycan Məktəbi təsis edilib. Məktəb 3-5 yaşlı uşaqlar üçün erkən elm, ibtidai və tam orta məktəb pilləsində yerli və beynəlxalq standartlar üzrə təhsil verir. Məktəb beynəlxalq məktəblərin Avropa Şurasına, Beynəlxalq Məktəblər Şurasına üzv qəbul olunub, Beynəlxalq Bakalavrlar Təşkilatının diplom proqramı üzrə avtorizasiya alıb. Cəmiyyət tərəfindən təsis edilmiş “TEAS Press” və “Üç alma” nəşriyyatları vasitəsilə beynəlxalq təhsil proqramları əsasında Azərbaycan dilində tədris resursları, dünya miqyasında böyük nüfuz qazanmış tanınmış şirkətlərlə əməkdaşlıq nəticəsində 150-dən çox adda elmi kütləvi və bədii-tədris vəsaitləri çap olunub”. T. Heydərov qeyd edib ki, 2 gün davam edəcək konfransda iştirakçıların bu nəşrlərdən ibarət sərgidə kitablarla tanışlıq imkanı olacaq: “Postsovet məkanında müəllim hazırlığı üzrə yeni model hesab etdiyimiz Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təsis edilməsi təhsil sahəsində böyük nailiyyətdir. Mərkəzə müəllimlər üçün əlavə təhsil mərkəzi kimi dövlət tərəfindən lisenziya verilib. Mərkəzin işini müasir standartlar çərçivəsində təşkil etmək üçün yüksək səviyyəli mütəxəssislər cəlb olunub. Müəllim hazırlığı üzrə yeni proqramlar yaradılıb. Mərkəzdə müəllim hazırlığı üzrə elmi pedaqoji tədris kitabxanası təşkil edilib, kitabxana ən müasir avadanlıqlarla təchiz olunub. Konfransda yerli təhsil sisteminin baxışlarının dəyərləndirilməsi əsas məqsədlərdən biridir. Təhsili dəstəkləyən maraqlı məruzələr dinləniləcək, təqdimatlar keçiriləcək. Konfransın işi səmərəli olacaq, yeni əlaqələr yaradılacaq”.
“İnnovativ fəaliyyət olmasa, yeni nəsli tərbiyə etmək, gələcəyə hazırlamaq çətindir” AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Avropa-Azərbaycan Cəmiyyətinin ən müxtəlif sahələrdə innovativ fəaliyyətə böyük üstünlük verdiyini söyləyib: “İnnovativ fəaliyyət olmasa, yeni nəsli tərbiyə etmək, gələcəyə hazırlamaq çətindir. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı ideyadan reallığa keçidə böyük təkan verdi. İnnovativ fəaliyyətlər ölkə reallıqları nəzərə alınmaqla daha çox fayda verir. Konfrans yeniliklərə açıqdır. Konfransa dəvət edilən ekspertlər dünyada qəbul olunub, onların innovativ baxışları sınaqdan keçirilib. Konfransa hazırlıq prosesi, konfransın ana tezisləri, mahiyyəti iştirakçılara çatdırılıb. Bu konfrans təhsilimiz üçün yeni baxışdır". Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov deyib ki, Avropa-Azərbaycan Cəmiyyəti müəllimlərin keyfiyyətinin artırılması istiqamətində böyük təşəbbüs göstərir.
Təhsil üzrə tanınmış beynəlxalq məruzəçi Bill Martin deyib ki, bu konfrans Azərbaycanın təhsilə yüksək önəm verdiyinin göstəricisidir. Azərbaycanda müasir tədris texnologiyalarının elmin və təhsilin inkişafına təkan verdiyini yaxşı anlayırlar. Amerikalı tədqiqatçı bildirib ki, müasir tədris resursları xüsusilə orta təhsil sahəsində çalışan müəllimlərin tədris etdiyi fənni daha mükəmməl mənimsəməsinə öz töhfəsini verir və onların daha da inkişaf etməsinə şərait yaradır: “Avropa Azərbaycan Cəmiyyətinə, Azərbaycan Müəllim İnkişafı Mərkəzinə bu cür gözəl konfransların təşkilinə görə təşəkkür edirəm. Hazırda bir çox ölkə təhsil sahəsində geri qalsa da, Azərbaycanda təhsilin inkişafı hiss olunur. Azərbaycan bunu bacarıb. Lakin Azərbaycanda uzun müddət olmadığıma görə, ölkənizin təhsil sistemi haqda geniş məlumata malik deyiləm. Demokratik ölkə olaraq Azərbaycan çox gəncdir. Azərbaycan 1991-ci ildə müstəqillik əldə edib. Bir ölkədə təhsilin tam formalaşması və inkişafı üçün yüz illər lazımdır”.
B. Martin son 15 il ərzində 12 ölkədə çalışdığını söyləyib: “Mənim böyük öyrətmək həvəsim var. 2013-cü ildən bəri 6 ölkədə 180-dən çox məktəbdə çalışmışam. Mən 68 ildir öyrənirəm və öyrədirəm. Son 14 il ərzində dünyanı gəzmişəm. Milli və regional səviyyədə dünyanın ən yaxşı müəllimi olmaq üçün uzlaşmaq lazımdır. Başqa şəxslərlə əməkdaşlıqda uzlaşma bir nəbz, bir ürəkdir. Eyni zamanda, mental modellər var. Mental modellər çaşdırıcı ola bilər. Sadə dildə desək, mental modellər bizim inanc və dəyərlərimizdir. Həyatda göstərdiyimiz davranışlar bizim inanc və dəyərlərimizə bağlıdır. Əgər mən etdiyim işə inanmasaydım, bu gün burda olmazdım".
B. Martin qeyd edib ki, müəllimlər uşaqlar üçün yaxşı təlim vermək istəyirlərsə, onların düşüncə tərzi, sistemli strukturları və mental modelləri dəyişməlidir: “Müəllim məktəbdə tədrislə bağlı dilxor olursa, deməli, mental modellərdə, sistemli strukturda, inanc və dəyərlərin arasında uzlaşma, ahəng yoxdur. Sinif otağında, təhsil sahəsində uzlaşma reallıq olmalıdır. Müəllimlərin inanc və dəyərləri uzlaşmalıdır. Sistemli strukturlar dəstəklənməlidir. Sistemli strukturlarla inanc və dəyərlər uzlaşanda müəllim təkmilləşəcək, dəyişiklik baş verəcək”. Qeyd edək ki, B. Martin “Uğura nail olan məktəblər” kitabının həmmüəllifidir. O, ABŞ-da məktəb direktoru işləyib, Monrou orta məktəbin direktoru kimi yüksək liderlik fəaliyyətinə görə Miçiqan dövlət qanunvericilik hakimiyyəti tərəfindən mükafatlandırılıb. B. Martin idrakla bağlı beynəlxalq konfranslara dəvət alaraq əsas məruzəçi olub, Birləşmiş Millətlər Təşkilatının Küveytin təhsil sistemində islahat aparmaq üçün yaratdığı qrupa daxil edilib, Norveç və İsveç məktəblərinin liderlik potensialının artırılması məqsədilə uzunmüddətli peşəkar inkişaf proqramları yaradıb və tətbiqinə yardım edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info