Badelj “Qarabağ”la oyundan sonra “Çelsi”yə keçə bilər
Tarix: 18.11.2016 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Fiorentina” qış fasiləsində aparıcı futbolçularından birini itirə bilər. Yarımmüdafiəçi Milan Badelj Avropanın bir neçə tanınmış klubundan təklif alıb.
“Milan”, “Çelsi” və “İnter”dən sonra indi də “Atletiko” Xorvatiya millisinin üzvü üçün Florensiya klubunun qapısını döyüb. Adıçəkilən komandalar qış fasiləsində Badelji heyətlərinə qatmaqda israrlıdılar. Hələlik ən ciddi təklif “Milan” və “Çelsi”dən gəlib. Son vaxtlar “zadəganlar”la oyunçu alış-verişində fəal iştirak edən “Fiorentina” Badelji 12 milyon avro qarşılığında ingilis klubuna yollamağın əleyhinə deyil. Badeljin hər hansı bir kluba keçidi baş tutsa, xorvatiyalının “Fiorentina” forması altında keçirdiyi son matçlardan biri məhz “Qarabağ”a qarşı ola bilər. Çünki “bənövşəyilər” Avroliqada qrup mərhələsinin son turu çərçivəsində dekabrın 8-də Bakıda Ağdam klubunun qonağı olacaq. Qeyd edək ki, Milan Badelj “Fiorentina”ya 2014-cü ildə “Hamburq”dan keçib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info