«İndeks və ünvanların axtarışı» məlumat bazası istifadəyə verilib
Tarix: 02.04.2013 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


«Azərpoçt» MMC yeni elektron məlumat bazasını istifadəyə verib. Bu barədə nazirliyin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib. «İndeks və ünvanların axtarışı» adlanan bazanın artıq «Azərpoçt»un rəsmi internet səhifəsində yerləşdirildiyini vurğulayan N.Məmmədovun sözlərinə görə, burada əsas məqsəd poçt məktubların göndərişində ünvanların və indekslərin düzgün yazılmasını təmin etməkdir.
Onun sözlərinə görə, əvvəllər bir çox hallarda vətəndaşlar indeksləri səhv yazır və bunun nəticəsində də məktublar təyinatı üzrə deyil, başqa yerlərə gedirdi. Sözügedən məlumat axtarış sisteminin çox sadə olduğunu önə çəkən N.Məmmədov qeyd edib ki, sözügedən baza «Azərpoçt»un saytında «elektron xidmətlər» bölməsinin aşağısında yerləşdirilib. Bazaya daxil olduqdan sonra Azərbaycanın elektron xəritəsi açılır: «Burada şəhər və küçə üzrə axtarış etmək mümkündür. Yəni əgər göndərdiyiniz ünvanın, küçənin adını bilirsinizsə, bu zaman onu qeyd etməklə indeksi əldə etmək mümkündür. Yeri gəlmişkən, onu da qeyd edək ki, küçənin adını bilmədiyiniz zaman da belə, indeksi tapmaq mümkündür. Yəni, bu bazadakı elektron xəritəni yaxınlaşdırmaqda, küçənin üstünə gəlməklə onun adını öyrənmək mümkündür. Beləliklə, şəhərin adını, küçəni qeyd etdikdən sonra, avtomatik olaraq ünvanlar açılır və «siçan»ı bu ünvan nömrələrinin üzərinə vurmaqla indeksi öyrənmək olur. Eyni zamanda elektron xəritədə avtomatik olaraq axtarılan ünvan göstərilir”. Sözügedən baza haqqında cəmiyyətin məlumatlandırılmasının vacib olduğunu vurğulayan N.Məmmədov onu da əlavə edib ki, «Azərpoçt» bu məlumatı vətəndaşlara tam ödənişsiz formada təqdim edir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info