ATGTİ “Uşaqlar üçün toxu“ adlı sosial yönümlü aksiyaya start verir
Tarix: 18.11.2016 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə keçirilən “Uşaqlar üçün toxu” sosial yönümlü aksiya keriləcək. Aksiyanın keçirilməsində məqsəd uşaq evlərində yaşayan balacaları sevindirmək və uşaqları daim olaraq ictimaiyyətin diqqətində saxlamaqdır. Gənclər bu aksiyaya dəstək vermək üçün hazırladıqları əl işlərini layihə təşkilatçılarına təqdim edə və ya layihə çərçivəsində fəaliyyət göstərən pulsuz toxuma dərslərində iştirak edərək toxuduqları əl işlərini uşaqlara bağışlaya bilərlər.
Layihənin ideya müəllifi və koordinatoru Əsli Musayevanın verdiyi məlumata əsasən aksiyada uşaqların sevinməsində pay sahibi olmaq istəyən hər kəs iştirak edə bilər. Onun sözlərinə görə toxuma dərsləri pulsuzdur və lazım olan toxuculuq ləvazimatları layihə təşkilatları tərəfindən təmin olunur. Dərslər həftənin şənbə və bazar günləri 12:00-dan 14:00-a qədər keçiriləcək. Gənclər dərslərə qeydiyyatdan keçərək qatıla bilərlər.
Aksiyaya hazır toxuma işləri ilə dəstək olmaq istəyən hər kəs həftə içi hər gün (şənbə günü daxil olmaqla) saat 11:00-18:00 arasında öz toxuma işlərini ATGTİ-nin qərargahına təqdim edə bilərlər.
Toxunma dərslərində iştirak üçün qeydiyyat linki: https://www.asyou.az/announcements/2423?lang=az




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info