Rəsul Quliyev yenə müxalifəti yıxdı-sürüdü
Tarix: 02.04.2013 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Rəsul Quliyev müxalifət partiyalarını sərt şəkildə tənqid etməyə davam edir. O, müxalifət partiyalarının liderləri haqqında növbəti tənqidi fikirlərini “Zorla “azadlıq” verilən “qəhrəman”lar” başlığı altında şəxsi blogunda yayımlayıb. Rəsul Quliyev müxalif liderləri yaşları 50-ni keçməsinə baxmayaraq heç bir iş görməməkdə ittiham edir və yazır: “Həyatda sizin ətrafınızda və ya adlarını eşitdiyiniz, özlərini müxalif liderlər adlandıranlar var ki, yaşları 50-ni keçməsinə baxmayaraq gördükləri işləri ardıcıllıqla toplasan, bir vərəq kağıza sığışar”.
Quliyev müxalifət liderlərini böhtançılıqda, səriştəsizlikdə ittiham edir. O, qeyd edir ki, belə insanlar yalnız başqalarının gördükləri işləri öz adlarına çıxmaqda ustadırlar. Yazıda diqqət çəkən məqamlardan biri də odur ki, o, indiki müxalifət liderlərinin 1990-cı illərin əvvəllərində ortaya çıxan tarixi şəraitdən istifadə edərək özlərini “qəhrəman” elan etdiklərini bildirir. Sonda isə camaatın diqqətini o insanlara cəlb etməyi özünə layiq bilmədiyi üçün haqqında danışdığı insanların adlarını yazısında qeyd etmədiyini, lakin həmin adamların bu yazıları taparaq ona qarşı hücuma keçdiyini yazan Rəsul Quliyev yazdığı yazıların müxalifət qəzetlərinə oxucu kütləsi toplamağa kömək etdiyini qeyd edib.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info