Hollandiya Türk Federasiyası azərbaycanlı jurnalisti mükafatlandırdı
Tarix: 18.11.2016 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Jurnalist Elnur Eltürkün adı Azərbaycan oxucularına çox tanışdır. Onun imzasına ancaq Azərbaycan mətbuatında deyil, Türkiyə və digər türk dövlətlərinin mətbuatında da rast gəlmək olar. Elnur Eltürk Türk dünyasına qəlbən bağlı olduğu üçün fəaliyyətinin əsas istiqaməti də Türk dünyasına xidmət olub və bu gün də belədir. Dayanmadan Türk dünyası üçün çalışan, mətbuatda bacardıqca Türk dünyasına yönəlik yazılarla çıxış edən Elnur Eltürkün fəaliyyəti Hollandiya Türk Federasiyasının (HTF) da diqqətini çəkib və HTF tanınmış jurnalisti “Təşəkkkür palketi” ilə mükafatlandırıb. “Mən Türk dünyasına qəlbən bağlı biriyəm. Hər zaman xəyallarımda Türk dünyası, Turan üçün bir şeylər etmək istəyirəm. Nə xoşdur ki, bu fəaliyyətim uzaq Hollandiyada da diqqət çəkib. Ancaq hesab edirəm ki, bu həm Hollandiya Türk Federasiyasının Türk dünyasında baş verənləri diqqətlə izləməsinin nəticəsidir. HTF tərəfindən mükafatlandırmam çox xoş oldu. Məni bu mükafata layiq bildiklərinə, mənə bu xoş anları yaşatdıqlarına görə başda HTF – nin Genəl Başqanı Murat Gedik bəy olmaqla HTF idarə heyətinə və bütün HTF - kollektivinə təşəkkür edirəm. Bu mükafatı mənə verənlər və digər dostlar da əmin olsunlar ki, bu cür diqqət məni daha da həvəsləndirir və mən bundan sonra da Türk dünyası üçün xidmət edəcəm”.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info