Azərbaycanla İran arasında ticarət dövriyyəsi 58 faiz artıb
Tarix: 18.11.2016 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


İran şirkətləri Azərbaycanda yaradılmış sənaye parklarının imkanlarından yararlana bilərlər

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, nazir Şahin Mustafayev Cavad Cahangirzadəni Azərbaycana səfir təyin olunması münasibəti ilə təbrik edib və ölkəmizdəki diplomatk fəaliyyətində uğurlar arzulayıb. Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm əhəmiyyətini vurğulayaraq, bu ilin əvvəlində Azərbaycan Respublikası Prezidentinin İrana rəsmi səfəri çərçivəsində 12 sənədin, İran Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində isə 6 sənədin imzalandığını diqqətə çatdırıb. Azərbaycan-İran iqtisadi əlaqələri və həyata keçirilən birgə layihələr barədə danışan iqtisadiyyat naziri bu ilin sonunadək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 km-lik dəmir yolu xəttinin tikintisinin başa çatdırılacağını qeyd edib. Görüşdə qeyd edilib ki, Azərbaycan və İran arasında iqtisadi-ticarət əlaqələri uğurla inkişaf edir. Bu ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 58% artıb. Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, enerji, neft-qaz, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Bununla yanaşı, İran şirkətləri Azərbaycanda yaradılmış sənaye parklarının imkanlarından da yararlana bilərlər. Bildirilib ki, noyabrın sonunda İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin Azərbaycana səfəri nəzərdə tutulur və səfər zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq. İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə son dövrlərdə Azərbaycan-İran əlaqələrinin daha da genişləndiyini vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb. Görüşdə həmçinin, bu ilin sonunda Azərbaycanda keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclasında müzakirə olunacaq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info