İlkin Əlimuradovun kitabı çapdan çıxıb
Tarix: 18.11.2016 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradovun “IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli)” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan nəşrin “Ön sözü”nün müəllifi bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevadır.
“İlahi vəhylər – Qurani-Kərim və hədis” adlı birinci fəsildə İslam dininin təşəkkül tapmasından, Qurani-Kərimdən, hədis və sünnədən bəhs edilib. Əl-Bərdicinin həyat və yaradıcılığına həsr olunan ikinci fəsildə onun müəllimləri, tələbələri, elmi fəaliyyəti haqqında geniş məlumat verilib. Üçüncü fəsildə isə alimin “Səhabələrin Peyğəmbərdən “əl-kəbair” (böyük günahlar) mövzusuna dair rəvayətlərini ehtiva edən cüz kitabı” və “Səhabə, tabiun və hədisçilərin nadir adlarından bəhs edən təbəqat kitabı” əsərləri təhlil edilib.
Əl-Bərdicinin dövrümüzədək gəlib çatmış əsərlərinin əlyazma nüsxələri, onların hazırkı vəziyyəti haqqında dəqiq məlumatın verilməsi və ilk dəfə Azərbaycan oxucusuna alimin əsərlərinin çoxəsrlik əlyazma nüsxələrinin surətlərinin təqdim edilməsi monoqrafiyanın əhəmiyyətini artıran amillərdəndir. Ölkəmizdə azərbaycanlı alim Əhməd Harun oğlu əl-Bərdicinin elmi fəaliyyəti ilk dəfə İ.Əlimuradov tərəfindən müfəssəl araşdırılıb və xarici tədqiqatçıların əl-Bərdici ilə bağlı tənqidi fikirlərinə elmi münasibət bildirilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Paraqvayda xalq yeni doğulan uşaqlara Türk seriallarındakı adları qoyur
21.09.2020
Yaponiyada əhalinin tərkibində yaşlıların sayı dünya üzrə rekord səviyyəyə çatıb
20.09.2020
Robotlar insanlar üçün niyə qorxuludur?
17.09.2020
Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
16.09.2020
Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
4 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO
5 Ətli dovğa


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info