Turizm şirkətlərinin elektron viza verməsi üçün akkreditasiya tələb olunmayacaq
Tarix: 18.11.2016 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Azərbaycanda turistlərə elektron vizaların verilməsi ilə bağlı fəaliyyət göstərən turizm şirkətlərinə xüsusi güzəştlər tətbiq edilir. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə “Lisenziyalar və icazələr haqqında” qanunun 3 nömrəli (Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı) əlavəsində bəndlərdən birinin ləğv edilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılır. Layihəyə əsasən, sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısından 82-ci bənd (turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətinin akkreditasiyadan keçməsi haqqında qərar) ləğv edilir. Bununla da turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycanda akkreditasiyadan keçməyə ehtiyac olmayacaq.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 29-da müzakirəyə çıxarılacaq. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info