A.Adıgözəlov: “Uşaqların müdafiəsi ilə yalnız dövlət qurumları deyil, QHT-lər də məşğul olmalıdır”
Tarix: 18.11.2016 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı aparılan təhlillərin nəticəsi göstərir ki, bu hallar 90 faiz savadsızlıq nəticəsində baş verir. Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov bildirib ki, məişət zorakılığının qurbanına çevrilmiş qadınların əksəriyyəti savadsız olur. Bu hal erkən nikahlarda da müşahidə olunur: “Ali təhsilli qızlar işlə təmin olunur və yüksək maaş alırlar. Ancaq savadsız qadınlar heç bir işə cəlb olunmadığı, öz övladını saxlaya bilmədiyinə görə zorakılığa məruz qalırlar”.
Uşaqlarla bağlı hüquq pozuntuları haqda danışan DİN nümayəndəsi “Biz çalışırıq ki, uşaqlara qarşı və uşaqlar tərəfindən hər hansı hüquq pozuntusu qeydə alınmasın. Amma təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində də uşaqlar tərəfindən və uşaqlara qarşı belə hallar qeydə alınır", - deyə bildirib.
Onun sözlərinə görə, uşaqların müdafiəsi ilə yalnız ayrı-ayrı dövlət qurumlar məşğul olmalı deyil. Bu sahə ilə məşğul olan QHT-lər də dövlət qurumları həmin istiqamət üzrə əməkdaşlıq etməlidirlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info