Sloveniyda içməli su təməl hüquqlar sırasına daxil edilib
Tarix: 18.11.2016 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Sloveniya Avropa İttifaqında ilk dövlət olaraq içməli sudan istifadə hüququnu konstitusiya ranqına qaldıraraq təməl hüquqlar sırasına daxil edib. Ölkə parlamentinin deputatları konstitusiyaya əlavə fəslin daxil edilməsinə dair qərarı yekdilliklə dəstəkləyiblər. Həmin fəsildə “hər bir şəxsin içməli sudan istifadə hüququ” olduğu göstərilib və içməli suyun “əmtəə olmadığı” qeyd edilib. Əhalinin içməli su ilə təchizatı dövlət tərəfindən bələdiyyələr vasitəsilə həyata keçirilməli və bu, “birbaşa və qeyri-kommersiya” formasında olmalıdır.
Bununla da içməli su mənbələri və içməli su ilə təchizatın özəlləşdirilməsinə dair ölkədə uzun müddətdən bəri aparılan müzakirələrə son qoyulub. Müxtəlif cəmiyyətlər tərəfindən özəlləşdirməyə qarşı qaldırılan təşəbbüsə Baş nazir Miro Tserarın rəhbərlik etdiyi mərkəz-solçu hökumət də qoşulub.
Parlamentdə aparılan müzakirələrdə çıxış edən M.Tserar deputatları “XXI əsrin maye qızılı”nı ən yüksək hüquqi müdafiə ilə təmin etməyə çağırıb.
İndiyədək dünyanın 15 ölkəsində içməli sudan istifadə konstitusiya ranqlı təməl hüquq kimi qəbul edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Paraqvayda xalq yeni doğulan uşaqlara Türk seriallarındakı adları qoyur
21.09.2020
Yaponiyada əhalinin tərkibində yaşlıların sayı dünya üzrə rekord səviyyəyə çatıb
20.09.2020
Robotlar insanlar üçün niyə qorxuludur?
17.09.2020
Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
16.09.2020
Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
4 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO
5 Ətli dovğa


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info