“Babaların Tarixi Zəfər və Şəhadət Yolu” Beynəlxalq Turizm Marşrutu yaradılacaq
Tarix: 18.11.2016 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


“Babaların Tarixi Zəfər və Şəhadət Yolu” Beynəlxalq Turizm Marşrutu yaradılacaq.Bu layihə ilə tanışlıq Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm müəssisələri ilə iş komissiyası”nın iclasında baş verib.
Komissiyanın sədri, sağlamlıq və termal turizm assosiasiyasının sədri, “Millennium” turizm şirkətinin direktoru Ruslan Quliyev bildirib ki, bu gün Azərbaycan üçün əsas hədəf neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunmasıdır. Respublikamızda iqtisadiyyatın yalnız neft amilindən asılılığının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdə turizm şirkətlərinin də üzərinə böyük məsuliyyət düşür. Odur ki, yalnız qədim, antik mədəniyyəti ilə deyil, həm də müasirliyi ilə fərqlənən Azərbaycanda tezliklə turizm sektorunun daha templə inkişafı diqqət mərkəzində olmalıdır.
İclasda qeyd olunub ki, komissiyanın əsas fəaliyyət istiqamətləri ölkəmizdə turizmin inkişafı üçün yeni imkanları, hədəfləri müəyyənləşdirmək, turizmdən gələn iqtisadi faydaları ən yüksək həddə çatdırmaq, turizm sahəsində fəaliyyət göstərən qurumların, birliklərin fəaliyyətinin əlaqələndirilməsi, ASK-ın timsalında ölkədə milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi və onların fəal potensialından istifadə edərək xarici iqtisadi əlaqələri və beynəlxalq iqtisadi əməkdaşlığı müasir tələblərə uyğun qurmaq, həmçinin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün təkliflər hazırlamaqdan ibarət olacaq.
Toplantıda iştirak edən digər qurumların nümayəndələri də ölkəmizdə turizm sahəsində mövcud vəziyyətlə bağlı maraqlı təkliflər səsləndiriblər. AMEA-nın Texniki Estetika İnstitutunun direktoru Qurban Dostəlizadə beynəlxalq və regional turizmin inkişafına sərmayə yatırmaq arzusunda olan investorlar üçün maraqlı biznes təklifi ilə çıxış edib. “Babaların Tarixi Zəfər və Şəhadət Yolu” layihəsi ilə komissiya üzvlərini tanış edən Q.Dostəlizadə 10 ildən çoxdur layihə üzərində işlədiyini qeyd edib. Bildirib ki, layihədə əsasən Azərbaycan–Türkiyə arası “Babaların Tarixi Zəfər və Şəhadət Yolu” adı ilə Qafqaz regionu ölkələrini əhatə edəcək Beynəlxalq Turizm Marşrutunun yaradılması qərara alınıb. Layihə müzakirə edilib, gələcəkdə komissiya üzvlərinin də bu işdə maraqlı ola biləcəkləri qənaətinə gəlinib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info