“Əmək pensiyaları haqqında qanununa geniş dəyişikliklər olunacaq”
Tarix: 18.11.2016 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


“Prezidentin təsdiq etdiyi pensiya islahatları konsepsiyasına uyğun olaraq əmək pensiyaları qanununa dəyişikliklər edilməsi üzərində iş gedir”. Bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.  
 
Onun sözlərinə görə, həmin dəyişikliklərin yekun variantı yaxın günlərdə tamamlanacaq. Nazir bildirib ki, artıq Nazirlər Kabinetitərəfindən həmin qanuna dəyişikliklər edilməsi barədə müvafiq qanun layihəsi Prezident Adminstrasiyasına təqdim olunub. “Adminstrasiyada müvafiq şöbə və dövlət müşaviri xidməti ilə biz məsləhətləşmələri davam etdiririk. Bu prosesdə Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər müvafiq qurumlar iştirak edir. Mən elə düşünürəm ki, yaxın günlərdə bu proses tamamlanacaq. Həmin dəyişikliklərin baş verməsi üçün qanun layihəsi cənab Prezidentə təqdim olunacaq”, - deyə S. Müslümov qeyd edib.
 
S. Müslümov qanunda geniş dəyişikliklərin olduğunu da deyib. O bildirib ki, Azərbaycanın mövcud şəraitinə, o cümlədən dünyanın aparıcı dövlətlərində mövcud olan standartlara uyğun olaraq pensiya sisteminin dəyişdirilməsi istiqamətində addımların atılması nəzərdə tutulur. 
 
Pensiyaların maliyyələşməsi prosesinə toxunan nazir bu sahədə heç bir problemin olmadığını vurğulayıb: “Bu proses vaxtında və dəqiq icra olunur. Noyabr ayında pensiyaların maliyyələşməsi sona çatdırılıb. Hazırda məcburi dövlət sosial sığorta haqlarının daxil olması ilə bağlı elə bir problem yoxdur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19.04.2019
Qış havası olacaq: şimşək çaxacaq, yağış yağacaq, qar yağacaq...
19.04.2019
Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu
19.04.2019
İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19.04.2019
SOCAR ilə BP “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə investisiya qərarı imzalayıblar

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info