BMT Uşaq Fondu: “Son illər Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub”
Tarix: 18.11.2016 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Bu gün Ailə,  Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) BMT-nin "Uşaq hüquqları haqqında " Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə "Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız" mövzusunda tədbir keçirib. Komitə sədri Hicran Hüseynova bildirib ki, uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaq hüquqları ilə bağlı məlumatlılığın artırılması və onların hüquqlarının müdafiəsinə yönəldilməsi məqsədilə müxtəlif işlər görülür. Onun sözlərinə görə, uşaq hüquqları sahəsində qəbul edilmiş ən mühüm sənədlərdən biri olan BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası Azərbaycanın müstəqilliyi yenidən bərpa etdikdən sonra qoşulduğu ilk mühüm beynəlxalq sənədlərdən biridir: "Uşaqlar bizim və cəmiyyətimizin gələcəyidir. Elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabət dayanıqlı vətəndaş kimi böyüsün. Biz, müxtəlif dövlət nümayəndələri, məsul şəxslər bütün imkanlarımızı birləşdirməliyik ki, balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, sağlam mühitdə xoşbəxt və firavan yaşasınlar".
BMT Uşaq Fondunun rəhbəri Edvard Karvardin isə bildirib ki, son illər Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə olunub. Onun sözlərinə görə, bu sahədə əldə olunan müsbət nəticələr ölkədə uşaq hüquqlarına yüksək diqqət yetirildiyini göstərir: “Uşaqların təhsilli, sağlam gələcəyi üçün hər bir kəs öz səyini göstərməlidir. Əgər bu gün qız uşaqlarının təhsil almasına daha çox diqqət yetirsək, gələcəkdə həm onların özləri, həm də övladları daha sağlam olacaq. Əgər bu gün uşaqları təhsillə təmin edə biləriksə, gələcəkdə onların işlə təmin olunması, cəmiyyətdə uğurlu mövqe tutması mümkün olacaq”.
Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov, Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev və digərləri Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info