Göygöl şəhərinin Baş planının ictimai müzakirəsi olub
Tarix: 18.11.2016 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanan Göygöl şəhərinin Baş planı layihəsinin işlənilməsi başa çatdırılıb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq Göygöl şəhərində Baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilib.
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, icraçı təşkilat olan “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri, Göygöl Şəhər İcra Hakimiyyəti Aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İctimai müzakirədə tədbir iştirakçıları tərəfindən Göygöl şəhərinin yeni Baş planının işlənilməsi yüksək qiymətləndirilib.
Tədbirin sonunda Göygöl şəhərinin 2033-cü ilədək müddətə hesablanmış yeni Baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info