H.Bağırov: “Azərbaycan meşələrin sahəsini genişləndirən tədbirlərin səmərəliliyinə görə dünyada ikincidir”
Tarix: 18.11.2016 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Mərakeşdə BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 22-ci Tərəflər Konfransı keçirilib. Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edib. Paris sazişini vaxtında ratifikasiya edən ölkəmiz bu istiqamətdə sanballı uğurlar qazanıb. Qlobal iqlim dəyişmələri bütün bəşəriyyət üçün böyük təhlükədir. Bu təhlükənin qarşısını almaq üçün Azərbaycanda qlobal iqlim dəyişmələri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi istiqamətində konkret tədbirlər görülüb və atmosferə atılan tullantıların azaldılması üzrə konkret layihələrin icrası bundan sonra da davam edəcək. Bundan əlavə, respublikada alternativ və bərpa olunan enerjidən istifadə genişləndirilib, yaşıllıqların mühafizəsi gücləndirilib. Nəticədə hətta beynəlxalq müşahidəçilər də təsdiq ediblər ki, Azərbaycan yaşıllıqlar sahəsinin ildən-ilə genişləndirildiyi az sayda ölkələrdən biridir. Bu faktı Yel və Kolumbiya universitetləri mütəxəssislərinin tədqiqatlarının nəticələri də təsdiq edir. Həmin nəticələrə görə, Azərbaycan son on ildə meşə sahəsinin mühafizəsi və genişləndirilməsində irəliləyiş əldə edən ölkələr arasında ikinci yeri tutur. Bundan əlavə, ölkəmiz atmosferi çirkləndirən tullantıların azaldılması üzrə tədbirlərin keçirilməsinin səmərəliliyinə görə dünyada beşinci yerdədir.
Bu fikri 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisinə gələn Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə müsahibəsində səsləndirib.
Təbiəti mühafizə idarəsinin başçısı belə sərgilərin Azərbaycanda keçirilməsini yüksək qiymətləndirərək deyib: “Bu sərgi Xəzər və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində keçirilən ən böyük tədbirdir. Sərgidə ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadə sahəsində innovativ layihələr təqdim edilib. “Caspian Ecology 2016” 14 ölkədən, o cümlədən Azərbaycan, Böyük Britaniya, Almaniya, Danimarka, Çexiya və s.dən qarşılıqlı əməkdaşlıq qurmağa çalışan 62 şirkəti bir məkanda toplayıb. Bakıda keçirilən ənənəvi sərgi görülən işlərin həcmini və əldə olunmuş nailiyyətləri nümayiş etdirir, ekologiya sahəsində fikir mübadiləsi aparmaq və ekoloji texnologiyalara ehtiyacı olan ölkələrlə əməkdaşlığı nizama salmaq üçün şərait yaradır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Türkiyə S-400 komplekslərini aldığı təqdirdə F-35 qırıcılarına sahib ola bilməyəcək
27.06.2019
NATO ölkələri bir-birini sanksiyalarla təhdid etməməlidirlər
26.06.2019
Roger Zavoli: gördüyümüz səhnələr dəhşətlidir, humanizm baxımından qəbuledilməzdir
26.06.2019
Bülənt Akdeniz: Azərbaycan Türkiyə üçün çox önəmli ölkədir
26.06.2019
Güləş üzrə Azərbaycan millisi ikinci ən güclü komandadır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info