Fərdi məlumatların təhlükəsizliyi risk altına qoyulur
Tarix: 18.11.2016 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Son ildə hakerlərin qurbanı olan istifadəçilər özlərini düşünmədən aparmaqda davam edirlər. Belə ki, Symantec” şirkətinin keçirdiyi tədqiqatdan məlum olub ki, istifadəçilərin 76 faizi internetdə məlumatların mühafizəsinin vacibliyini anlayır, lakin buna baxmayaraq şəxsi hesab məlumatlarının parollarını bölüşə və digər üsullarla fərdi və maliyyə informasiyasının təhlükəsizliyini təhdid altına ala bilir. Bundan başqa, istifadəçilərin 35 faizi haker hücumları üçün hədəfə çevrilə biləcək ən azı bir mühafizəsiz qurğuya sahibdir.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, qeyd olunur ki, son ildə dünyanın 21 ölkəsində 689 milyon istifadəçi kiberhücumların qurbanı olub ki, bu da 2015-ci ilin göstəricisi ilə müqayisədə 10 faiz çoxdur.
Tədqiqatın nəticələrinə görə, istifadəçilərin 30 faizi virtual şəxsi şəbəkədən (VPN) istifadə edərək heç vaxt “Wi-Fi” şəbəkəsinə qoşulmayıb ki, bu da potensial baxımdan cinayətkarlara trafiki ələ keçirərək məlumatları oğurlamağa imkan verir. Həmçinin istifadəçilər kibertəhlükə mənbələri barədə məlumatlı olmalarına baxmayaraq tanış olmayan şəxslərdən göndərilən elektron məktublarda olan istinadlara keçməkdə davam edirlər.
Məlum olub ki, son il ərzində kiberhücumların qurbanı olan istifadəçilərin 66 faizi kibertəhdidlərlə qarşılaşmayanlarla müqayisədə daha çox ev “Wi-Fi” şəbəkəsinin mühafizəsi haqqında narahatdır. Bununla belə, onların yalnız 22 faizi ev “Wi-Fi” şəbəkəsinə parol qoyur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Paraqvayda xalq yeni doğulan uşaqlara Türk seriallarındakı adları qoyur
21.09.2020
Yaponiyada əhalinin tərkibində yaşlıların sayı dünya üzrə rekord səviyyəyə çatıb
20.09.2020
Robotlar insanlar üçün niyə qorxuludur?
17.09.2020
Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
16.09.2020
Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO
4 Ətli dovğa
5 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info