Kürdəmirin Türkədi kəndinə təbii qaz verilib
Tarix: 18.11.2016 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonunun bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, noyabrın 18-də rayon mərkəzindən 30 kilometr məsafədə yerləşən və 770 nəfər əhalisi olan Türkədi kəndinə təbii qaz verilib. Bu məqsədlə müxtəlif diametrli 9493 metr metal və polietilen borulardan istifadə olunub, evlərə 100 ədəd qaz sayğacı və tənzimləyici quraşdırılıb. Hər bir mənzilin mətbəxinə “Azəriqaz” İstehsalat Birliyinin hesabına daxili qaz xətti çəkilib.
Kəndə “mavi yanacağ”ın verilməsi təntənəli mərasimlə qeyd olunub. Sakinləri təbrik edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının Kürdəmirdə uğurla icra edildiyini bildirib.
Qeyd olunub ki, hazırda Kürdəmir şəhəri də daxil olmaqla, 62 yaşayış məntəqəsindən 55-i təbii qazdan istifadə edir. Bu da rayon əhalisinin 84 faizidir. Türkədi kəndi artıq rayonun təbii qaz verilən 56-cı yaşayış məntəqəsidir. Hazırda Mollakənd və Muradxan kəndləri də qazlaşdırılır. Hər iki kəndə yaxın vaxtlarda “mavi yanacaq” veriləcək.
Açılış mərasimində kənd ağsaqqalı Yaqub Abışov, ziyalılar Allahyar Əzizov, Qəribə Əzizova çıxış edərək, əhalinin sosial qayğılarına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info