BSU-da elmi-praktiki konfransın açılışı olub
Tarix: 18.11.2016 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


“Azərbaycan və Avropa: Multikulturalizm, tolerantlıq və birgəyaşayışın problemləri və perspektivləri”

Noyabrın 18-də Bakı Slavyan Universitetində (BSU) “Azərbaycan və Avropa: Multikulturalizm, tolerantlıq və birgəyaşayışın problemləri və perspektivləri” mövzusunda Respublika Elmi-Praktik Konfransın açılışı olub. BSU-nun Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə, BSU-nun 70 illik yubileyinə və 2016-cı ilin Prezident tərəfindən “Multikulturalizm ili” elan olunmasına həsr edilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva müstəqil Аzərbaycanın güclü dövlətə çevrilməsində elm və təhsilin xüsusi rolu olduğunu vurğulayıb. Dövlətimizin elm və təhsil siyasətinin inkişaf etdirilməsinin bilavasitə gənclərin elmi tədqiqatlara daha çox cəlb edilməsindən asılı olduğunu bildirən rektor deyib: “Respublikamızın müxtəlif ali və ümumtəhsil məktəblərini təmsil edən şagird, tələbə və magistrların iştirakı ilə keçirilən elmi-praktik konfrans gənclərin yeni-yeni biliklər əldə etməsində, uğurlar qazanmasında öz müsbət təsirini mütləq göstərəcəkdir”.
Nurlana Əliyeva Azərbaycanın dünya ölkələri ilə daim dostluq, qardaşlıq münasibətində olmasını Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirib. BSU-da hökm sürən tolerant mühitin universitetin beynəlxalq əlaqələrinin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyən rektor “Multikulturalizm ili” çərçivəsində keçirilən konfransın işinə uğurlar arzulayıb.
BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov çıxışında Аzərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb. Prorektor bildirib ki, gənclərimizin elm və təhsilə cəlb olunması dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biridir. Konfransa təqdim edilmiş tezislərin aktual mövzuları əhatə etdiyini deyən Rafiq Novruzov iştirakşılara uğurlar arzulayıb.
Sonra BSU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Aygün Mahmudova elmi-praktik konfrans barədə iştirakçılara ətraflı məlumat verib. O, qeyd edib ki, konfransda respublikanın 11 ali məktəbi və 4 orta ümumitəhsil müəssisəsini təmsil edən 211 tələbə, magistrant və şagird iştirak edir. Qeyd olunan ali təhsil və orta ümumtəhsil müəssisələri sırasında Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Qərb Universiteti, həmçinin BSU-nun Məktəb-Lisey Kompleksi, Akademik Zərifə Əliyeva adına Lisey, Bakı Avropa Liseyi və 164 saylı orta məktəb olub. Tədbirin davamında BSU-nun magistrantı Rüfət Həşimov, Azərbaycan Dillər Universitetinin tələbəsi Leyla Nəcəfova və Bakı Avropa Liseyinin şagirdi Leyla Hənifəyevanın çıxışları dinlənilib. Qeyd edək ki, konfrans öz işini “Heydər Əliyev və Azərbaycan Respublikasının daxili və xarici siyasəti” , “Heydər Əliyev Azərbaycanda multikulturalizmin banisi kimi”, “Azərbaycan Respublikasının multikulturalizm və tolerantlıq siyasəti”, “Multikulturalizm Azərbaycan dövlətinin həyat tərzi kimi”, “Azərbaycanın ədəbi-ictimai fikrində multikulturalizm ənənələri”, “Təhsil prosesində tolerantlıq və multikulturalizm dəyərləri”, “Azərbaycan və Avropa: multikulturalizmin çoxtərəfli münasibətləri və modelləri”, “Qloballaşan dünyada azərbaycançılıq” mövzusunda 8 bölmə üzrə davam etdirib. Bölmələrdə keçirilə iclaslarda şagird, tələbə və magistrantların iştirakı ilə elmi diskussiyalar, aktual mövzular ətrafında müzakirələr və fikir mübadilələri aparılıb. Bölmələr üzrə məruzələr dinlənilib, fərqlənən şagird, tələbə və magistrantlara konfransın sonunda rektor, professor Nurlana Əliyeva tərəfindən sertifikat təqdim edilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info