SOCAR Rumıniyadakı yanacaqdoldurma məntəqələrinin sayını 35-ə çatdırıb
Tarix: 18.11.2016 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Noyabrın 18-də Rumıniyanın İlfov rayonunda SOCAR brendi altında sayca ikinci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
 
SOCAR-dan verilən xəbərə görə, açılış mərasimində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş, Rumıniya Parlamentinin deputatları, Rumıniyanın TRANSGAZ şirkətinin prezidenti İon Sterian, bu ölkədə fəaliyyət göstərən bir çox aparıcı şirkətlərin rəhbərləri, Türk İş Adamları Dərnəyinin nümayəndələri, ``SOCAR Petroleum SA`` şirkətinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, habelə yerli KİV nümayəndələri iştirak edib.
 
Bildirilir ki, yeni istifadəyə verilən yanacaqdoldurma məntəqəsi ilə Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 35-ə çatıb. Məntəqədə 3 sayğac quraşdırılıb, 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir.

Burada ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur.
 
Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 17 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş və Buxarestdə yanacaqdoldurma məntəqələrinə malikdir.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info