AMEA-da Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı İşçi Qrup yaradılıb
Tarix: 18.11.2016 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin “AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-da İşçi Qrup yaradılıb. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev İşçi qrupun sədri təyin olunub. İclasda sərəncamdan irəli gələn məsələlər və görüləcək tədbirlər müzakirə olunub. İşçi qrupuna təkliflərin hazırlanaraq 1 dekabr 2016-cı il tarixinədək AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsi barədə tapşırıq verilib.
İclasda “Azərbaycan elminin inkişaf doktrinası”nın layihəsi müzakirə olunub. Akademik Akif Əlizadə sənədin layihəsinin Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında geniş müzakirə olunduğunu bildirib.
Rəyasət Heyəti müzakirələrdən sonra Doktrina layihəsini bəyənib və layihənin təsdiq olunması üçün Prezidentə təqdim edilməsi qərara alınıb.
İclasda AMEA-da İnformasiya cəmiyyətinin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı tədbirlər planı təsdiqlənib. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info