Güləşçilərimiz “Qızıl Qran-pri”yə hazırlaşır
Tarix: 18.11.2016 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Firdovsi Umudov: “Əsas məqsəd milli komandaya yeni nəfəs gətirməkdir”

Noyabrın 24-dən 26-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Yarışa səylə hazırlaşan sərbəst güləş üzrə milli komandamızın mətbuat üçün açıq məşqi olub. Məşqdən sonra jurnalistlərə açıqlama verən yığmanın sabiq böyük məşqçisi, hazırda baş məşqçi əvəzi vəzifəsinə təyinat alan Firdovsi Umudov heyətdə müəyyən dəyişikliklərin olacağını bildirib. Təyinatı barədə danışan təcrübəli çalışdırıcı deyib: “Komanda mənə çox yaxındır. Uşaqlarla tanışıq, onlar da məni çox yaxşı tanıyırlar. 2007-2008-ci illərdə çalışdığım yeniyetmələr indi əsas yığmanın üzvləridir. Hacı Əliyev, Cəbrayıl Həsənov, Toğrul Əsgərov məhz belə idmançılardandır. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. Güclü məşqçilər korpusumuz var. Bir yerdə işləyib gələcək yarışlarda da nəticələr qazanmağa çalışacağıq. Təbii ki, yığmada son söz baş məşqçinin olur. Mən də çalışacağam ki, idmançıları düzgün təhlil edim və doğru qərar verim”. Qarşıda duran əsas məqsədin milli komandaya yeni nəfəs gətirmək olduğunu vurğulayan F.Umudov deyib ki, güləşsevərlər, xalqımız daim yarışlarda yeni simalar, güclü güləşçilər görmək istəyirlər: “Yeniyetmələrə, gənclərə daha çox üstünlük verməliyik. İndidən təməli möhkəm qoysaq, gələcəkdə bunun bəhrəsini görəcəyik. Hazırda komandada rəqabət çox güclüdür. Dünya Güləş Birliyinin qərarına əsasən, “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində hər çəkidə üç güləşçimiz çıxış edə bilər. Bəzi çəkilərdə 4-5 pəhləvanımızın iştirakı planlaşdırılır. Təlim-məşq toplanışlarında idmançılarımızın hamısını yoxlamışıq. Onlar yarışlara tam hazırdırlar. Güləşçidə ilk növbədə, Vətənə sevgi olmalıdır. Hər məşqdən əvvəl bu barədə idmançılarla söhbətimiz olur. Onlar dərk etməlidirlər ki, beynəlxalq arenalarda ölkəmizi təmsil edirlər və daim bayrağımızı yüksəltməyə, himnimizi səsləndirməyə çalışmalıdırlar. Vətənə sevgi olsa, uğurlarımızın sayı da artacaq. Dövlətimiz, Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi idmançılarımızın yaxşı nəticələr qazanması üçün hər cür şərait yaradıb. Bizim də məqsədimiz etimadı doğrultmaqdır”. Sərbəst güləşçilər mötəbər turnirin birinci günündə mübarizə aparacaqlar. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə yarışların qalibləri müəyyənləşəcək. İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb
15.02.2019
“Arsenal“ BATE ilə bacarmadı
14.02.2019
“Real Madrid” səfərdə, Tottenhem” isə doğma meydanda qələbə qazanıb
12.02.2019
Yurçeviç: Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var
12.02.2019
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info