Britaniyada internet və sosial şəbəkələrə nəzarəti gücləndirən qanun qəbul olunub
Tarix: 18.11.2016 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Xüsusi xidmət orqanları kompüter, planşet, noutbuk və smartfonlarda olan bütün informasiyalara nəzarət edəcək
İnternetin, sosial şəbəkələrin geniş yayılması müasir dövrümüzün ayılmaz hissəsinə çevrilib. İKT-nin belə sürətlə inkişafı özü ilə bərabər bir sıra problemlər də yaradıb. Sosial şəbəkələrdə saxta profillərin sayı-hesabı yoxdur. Həmin profillər vasitəsilə yalan məlumatların, dezinformasiyanın yayılması, müəyyən qruplar tərəfindən insanları təsir altına alması kimi kifayət qədər faktlar var. Bu məsələlər isə birbaşa dövlətin milli təhlükəsizliyi ilə bağlıdır. Məsələ ondadır ki, dünyanın müxtəlif yerlərində olan radikal qruplaşmalar, terror təşkilatları özlərinə tərəfdaş qazanmaq, yeni üzvlər ələ keçirmək üçün internetdən, sosial şəbəkələrdən geniş şəkildə istifadə edirlər. Çünki internet, şəbəkə vasitəsilə əlaqə saxlamaq, yazışmaq asandır. Ona görə asandır ki, onu izləmək çətindir.
İzləyəndə belə, saxta profilin altında gizlənən real şəxs və şəxsləri üzə çıxarmaq lazım olur. Bunun üçün dövlətin müvafiq orqanları- həm təhlükəsizlik, həm də rabitə sahəsinə cavabdeh qurumlar əlaqəli şəkildə işləməlidirlər. Məsələ ondadır ki, profilin saxta olmasını müəyyənləşdirən mexanizm yoxdur. Bu problem ölkəmiz üçün də keçərlidir.

Azərbaycanda saxta adlar, profil və ya hesablarla bağlı sahədəki boşluqlar aradan qaldırılacaq
Xatırladaq ki, Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklif edilir. Baş prokuror bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı təkliflər layihəsi təqdim edib. Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Yeni qaydalara əsasən internet, telekommunikasiya şirkətləri, eləcə də mobil operatorlar öz müştərilərinin il ərzindəki informasiya fəaliyyətini qorumalı və arxivləşdirməlidir ki, xüsusi xidmət orqanları onlarla tanış ola bilsinlər”

Yeni maddənin “Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Müvafiq olaraq Cinayət Prosessual Məcəlləsinə də uyğunlaşdırma düzəlişlər təklif edilir. Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif olunan əlavə və dəyişikliklər layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparılmasının təmin edilməsi məqsədini daşıyır. "Belə ki, təcrübədə, xüsusən də, internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin etməkdir", - deyə Z. Qaralov qeyd edib.

Snouden:
“Yeni qanun Qərb demokratiyası tarixində ən güclü izləmə mexanizminin leqallaşması olacaq”
Bu gün dünyanın bir çox dövlətləri sosial şəbəkələr, ümumiyyətlə, müasir qurğular vasitəsilə saxta informasiya yayılması, informasiya ötürülməsi kimi təhlükəyə qarşı önləm almağa çalışır. Bir neçə gün öncə yayılmış xəbərlərdə qeyd edilirdi ki, Çin istehsalı olan smatfonların, demək olar ki, hamısında yerləşdirilən xüsusi qurğu istifadəçi ilə bağlı bütün informasiyaları, o cümlədən yazışmaları belə, Çinə ötürür. Böyük Britaniya da sosial şəbəkələr və mobil qurğuları izləmək üçün yeni qanun layihəsi hazırlayıb. Amerikalı kəşfiyyatçı Snouden “Twitter”də yazıb ki, Britaniyada qəbul ediləcək yeni qanun Qərb demokratiyası tarixində ən güclü izləmə mexanizminin leqallaşması olacaq. Lordlar Palatası artıq xüsusi xidmət orqanlarını izləmə səlahiyyəti ilə bağlı layihəni təsdiqləyib. Parlamentin digər palatasından keçən qanunun qüvvəyə minməsi üçün kraliçanın təsdiqi qalıb. Yeni qaydalara əsasən internet, telekommunikasiya şirkətləri, eləcə də mobil operatorlar öz müştərilərinin il ərzindəki informasiya fəaliyyətini qorumalı və arxivləşdirməlidir ki, xüsusi xidmət orqanları onlarla tanış ola bilsinlər. Məlumatın toplanması bütün qurğulara aid olacaq. Yəni kompüter, planşet, noutbuk və smartfonlarda olan bütün informasiyalar nəzarət altında olacaq. Domenlərlə bağlı informasiyalar da toplanacaq. Axtarış sistemləri və saytların daxilindəki informasiyalarla bağlı məsələ hələ tam bəlli deyil. Qeyd edilir ki, xüsusi xidmət orqanları cinayətkarların axtarılması, müxtəlif araşdırmalar, o cümlədən itkin düşənlərin axtarılması üçün bu informasiyalardan istifadə edəcəklər. Hakimiyyət orqanına hansısa cinayət sövdələşməsinin üzə çıxarılması, insanların həyatının xilas edilməsi məqsədilə kompüter və smartfonların sındırılması üçün xüsusi avadanlıqdan istifadəyə icazə veriləcək. Əvvəllər Britaniyanın daxili işlər naziri olmuş indiki baş nazir Tereza Mey bildirib ki, qanun layihəsi kompromis nəticəsində ərsəyə gəlib. Belə ki, hökumət tələb edirdi ki, istifadəçi ilə bağlı bütün informasiyalar açıqlansın. Amma bunun əleyhdarları hesab ediblər ki, bu, şəxsi həyata müdaxilə ola bilər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info