“Rusiya və Çin yeni dünya nizamı yaratmalıdır”
Tarix: 18.11.2016 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


ABŞ ən mühüm müttəfiqlərindən biri olan Filippin prezidenti Rusiya və Çinin "yeni dünya nizamı" yaratmağa təşəbbüs göstərəcəyi təqdirdə ölkəsinin bu təşəbbüsə ilk dəstək verənlərdən biri olacağını bildirib. Ölkə rəhbəri belə bir ideyanın təşəbbüskarı kimi çıxış edərkən, qonşu Çinlə aralarında yaşanan mübahisələrə də son qoyulacağını və bunun müqabilində ölkəsinin qazanacağını etiraf edib.
Qeyd edək ki, Flippin prezidenti Rodriqo Duterte açıqlamaları ilə dünya KİV-inin sevimli liderlərindən birinə çevrilib. Ekspertlər qeyd edir ki, Duterte “hamının düşündüyünü dilə gətirir”. Rusiya -Çin birliyinə dəstək verən Filippin prezidenti Putinin Beynəlxalq Cinayət Məhkəməsindən imtina ilə bağlı qərarına da dəstək verib. O, ölkəsinin də belə bir addım ata biləcəyini istisna etməyib. Filippin prezidenti dünyada baş verən müharibələrin qarşısını almaqda göstərdiyi acizliyə görə BMT-ni də tənqid edib. Xatırladaq ki, Rusiya prezidenti filippinli həmkarından fərqli olaraq bu sahədə başqa mövqe nümayiş etdirərək, Birləşmiş Millətlər Təşkilatına bu məsələlərdə alternativ görmür. Qeyd edək ki, “dünyanın yeni nizamı” təşəbbüskarı kimi yalnız Filippin liderini qələmə vermək o qədər də düzgün olmazdı. Bu təşəbbüs artıq başqa dövlətlərdə də özünü büruzə verməkdədir. Britaniyadakı “Brekzit”, ABŞ-da Donald Trampın qələbəsi kimi məsələlər narazılıqların ifadəsidir. NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen və bəzi Baltikyanı dövlətlər kimi düşünənlər istisna olmaqla əksər dövlətlər Amerika Birləşmiş Ştatlarının "dünya polis" rolundakı çıxışından narazılıq ifadə edirlər. Həmin dövlətlər ABŞ-ın onların daxili işlərinə müdaxilə etməsinə etiraz edirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”
24.05.2019
İran bombardmana məruz qalsa belə təslim olmayacaq
23.05.2019
“İnsan hüquqlarının müdafiəsi adı altında gizlənənlərin əsl məqsədi hədəf ölkəyə təzyiq etməkdir”
23.05.2019
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edir
23.05.2019
İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info