İxracatçılara növbəti dövlət dəstəyi
Tarix: 19.11.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyi ixracatçıların iştirakına dəstək veriləcək xarici sərgi və yarmarkaların siyahısını müəyyənləşdirib

Prezidentin fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən 2016-cı və 2017-ci illər üzrə ixracatçıların fərdi qaydada iştirakına dəstək veriləcək xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkaların siyahısı müəyyən edilib.
Siyahıda əks olunmuş sərgilərdə və ya yarmarkalarda iştirakı planlaşdıran ixracatçılar müvafiq dəstəyin alınması məqsədilə sərgidən/yarmarkadan əvvəl İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) fərdi qaydada iştirakı barədə qərarın qəbulu üçün ərizə ilə müraciət edə bilərlər. İxracatçıların beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirakı barədə qərar daxil olmuş müraciətlər əsasında Prezidentin fərmanı ilə təsdiq edilmiş qaydalara və İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 16 nömrəli qərarında göstərilən meyarlara uyğun olaraq qəbul edilir. Müsbət qərar almış ixracatçılar beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirakı başa çatdığı tarixindən 30 iş günü müddətində dəstək məbləğini əldə etmək məqsədi ilə İqtisadiyyat Nazirliyinə - AZPROMO-ya ərizə ilə müraciət etməlidir. Ərizəyə görülmüş iş, göstərilmiş xidmət və ya icarə haqqını təsdiq edən sənədin (invoys, hesab-faktura), bağlanmış müqavilənin, vəsaitin ödənilməsini və ya xərcin çəkilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti, beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı yazılı, foto və ya video hesabat əlavə edilməlidir. Dəstək məbləğinin ödənilməsi Prezidentin fərmanı ilə təsdiq edilmiş qaydaların 7-ci hissəsinə uyğun aparılır.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azeri Light”ın bir barreli 67,81 dollara satılır
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info