Bakıda “Şimali Kipr Türk Respublikası Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirilib
Tarix: 19.11.2016 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Xətai Sənət Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi , Şimali Kipr Türk Respublikası Bakı nümayəndəliyi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şimali Kipr Türk Respublikası Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirildi.

Tədbir iştirakçıları Türk Dünyasının şəhidlərinin xatirəsini yad etdiklərindən sonra Azərbaycan və Şimali Kipr Türk Respublikasının dövlət himnini ifa etdilər.

Tədbirdə ilk olaraq Şimali Kipr Respublikasının ölkəmizdəki nümayəndəsi xanım Ufuk Turganer çıxış etdi. Öz çıxışında xanım sərgidə iştirak edən uşaqlara öz təşəkkürünü bildirdikdən sonra qeyd etdi ki, "Bakıda Şimali Kipr Respublikasının yaradılmasının 33 - cü il dönümü münasibəti ilə təşkil olunmuş sərgi, sanki rəsm yarışması kimi oldu.

Qardaş Azərbaycan uşaqlarının gözü ilə Şimali Kipr Respublikasını görmək çox təsirli idi. Sərgidə 5 yaşından başlayaraq daha yuxarı yaşda uşaqların təsəvvürlərindəki Şimali Kipri görmək çox qürurverici haldı. Sərgidə biri - birindən gözəl rəsmləri gördük. Biz bunu adət halına gətirmək istəyirik. İnşallah növbəti ildə qalib uşaqları canlı olaraq şimali Kiprə səyahət etmələrini də təşkil edərik." Ufuk xanım "Türkiyə Universitetləri" İictimai Birliyinə və Xətai Sənət Mərkəzinə dəstəkləri üçün təşəkkür etdi.

Daha sonra sərgidə Türkiyənin ölkəmizdəki Fövqəladə və Səlayiyyətli səfiri Erkan Özoral, deputat Qənirə Paşayeva, "Türkiyə Unuversitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək uşaqlara öz təşəkkürlərini bildirdilər. Natiqlər çıxışlarında Türk Dünyasının əbədi liderləri M.K.Atatürk, Heydər Əliyev və Rauf Dektaşın Türk uşaqlarına əmanət etdiyi qardaşılğı sonsuza qədər davam etdirəcəklərini vurğuladılar.

Tədbirin sonunda sərginin təşkilatçıları tərəfindn sərgidə iştirak etmiş 125-dən çox uşaq və yeniyetmə diplomla təltif olundu.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info