Derya Örs: “Naxçıvan təkcə Azərbaycan üçün deyil,  bütövlükdə türk dünyası üçün əhəmiyyətli bir diyardır”
Tarix: 21.11.2016 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Türk dünyasının göz bəbəyi olan Naxçıvan bəşəriyyətin, insanlığın ilkin mədəniyyət ocağı, qədim türk torpağı kimi çox böyük əhəmiyyətə malikdir.
Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı Derya Örs AZƏRTAC-ın müxbirinə müsahibəsində belə deyib.
Noyabrın 17-18-də Naxçıvan şəhərində keçirilən “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı ikigünlük beynəlxalq elmi simpoziumun təşkilatçılarından birinin də Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu olduğunu qeyd edən Derya Örs vurğulayıb ki, simpoziumda çıxış edən alimlərin elmi məruzələri kitab halında çap olunacaq və beləliklə, Türkiyə və Azərbaycanda daha böyük kütləyə çatdırılacaq. Bu kitablar həm də elmi araşdırmalarda mənbəyə çevriləcək.
O deyib: “Tarixən bu diyarda formalaşan böyük mədəniyyət Naxçıvanla bərabər, Şərqi Anadolunu da əhatə edib. Bu coğrafiyada formalaşan mədəniyyət, yüzillər ərzində var olan maddi-mədəniyyət nümunələri bizim milli sərvətimizdir. Bu torpaqda yetişmiş tarixi şəxsiyyətlərin adları gördükləri işlər ilə tarixə qızıl hərflərlə yazılıb. Buna görə də Mərkəzi Araz hövzəsindəki dini-mədəni, iqtisadi-siyasi həyatın tarixi dövrlərdə inkişafı, o cümlədən digər mühüm tarixi proseslərin Azərbaycandan və Türkiyədən olan tanınmış elm xadimləri tərəfindən birgə müzakirə olunması önəmlidir. Biz iki qardaş ölkənin alimlərinin birgə elmi simpoziumunun keçirilməsinin sevincini yaşadıq”.
Muxtar respublikanın sosial-iqtisadi inkişafından danışan Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı vurğulayıb ki, 25 il öncə blokadaya düşən Naxçıvanda vaxtilə bir sıra ciddi problemlər olsa da, bu gün tamam başqa bir mənzərənin şahidi olub. Bu günün Naxçıvanı gözəlliyi ilə göz oxşayır. Bura təhlükəsiz bölgəyə çevrilib. Naxçıvan sürətlə inkişaf edir. Qədim diyarda çox gözəl infrastruktur yaradılıb. Kəndlər və şəhərlər abadlaşdırılıb. Ətraf mühit qorunur. Naxçıvan şəhərində müasir binalar inşa olunub. Elm ocaqlarında hər cür şərait yaradılıb. Naxçıvan Dövlət Universitetinin timsalında bunu daha aydın görmək olar. Universitetin çox gözəl kampusu, maddi-texniki imkanları var. Burada təhsilin ən yüksək səviyyədə aparılması üçün hər cür şərait mövcuddur. Bütün bunlar bir daha onu göstərir ki, Naxçıvan müasir dövrün tələblərinə uyğun inkişaf səviyyəsinə çatıb, insanların rifah səviyyəsi yüksəlib, yaşayış şəraiti xeyli yaxşılaşıb.
“Mən Azərbaycana qardaş olan ölkənin vətəndaşı kimi Naxçıvanın bu səviyyəyə yüksəlməsindən qürur duyuram, sevinc hissləri keçirirəm. Biz istəyirik ki, bütün türk dünyası da bu səviyyədə yüksəlsin, inkişaf etsin”, – deyən Derya Örs qeyd edib ki, türk dünyası çox geniş coğrafiyanı, mədəniyyətləri əhatə edir. Çünki türk milləti Yer kürəsinin ən böyük millətlərindən biridir. Türk millətinin dünya tarixində çox əhəmiyyətli bir yeri var. Bu gün Naxçıvan Muxtar Respublikası ilə Türkiyə sərhədi həm də bu ölkənin türk dünyası ilə yeganə quru sərhədidir. Bu mənada Naxçıvan təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün əhəmiyyətli bir diyardır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info