Xətai məktəblisi: “Gəncə xoş xatirələrimizin və qalibiyyətimizin şəhəri kimi yaddaşımızda qalacaq”
Tarix: 21.11.2016 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


“Ölkəmizi tanıyaq” layihəsinə qoşulduğum üçün özümü sevincli və bir o qədər də şanslı hesab edirəm. Gəncə gözəl şəhərdir. Mən bu şəhəri və onun sakinlərini heç vaxt unutmayacaq qədər sevdim. Çünki yoldaşlarımla bərabər həm Gəncədə doyunca gəzdim, əyləndim, özümə yeni dostlar qazandım, həm də “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi oldum.
Komandanın kapitanı olaraq məsuliyyətim böyük idi. Sualları tapmağımızda məktəbdə aldığımız bilik, bir də tur-aksiya zamanı verilən məlumatlar köməyimiz oldu. Yarış gərgin, lakin maraqlı keçdi. Komandaların hamısı güclü idi. Amma turnirin kubokunu kapitanı olduğum “Alfa” komandası qazandı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı, Xətai rayonu 17 nömrəli orta məktəbin 10-cu sinif şagirdi Mirsadiq Əzizov bildirib.
O deyib: “Ölkəmizi tanıyaq” tur-aksiyası Prezident İlham Əliyevin gənc nəslə göstərdiyi diqqət və qayğısının nəticəsidir. Bizə belə bir şərait yaratdığı üçün dövlətimizin başçısına minnətdarıq. Komandamızın bu layihədə qazandığı uğura rayonumuz və təhsil aldığımız məktəblərin müəllimləri, şagirdləri sevinəcəklər. Əminəm ki, layihə çərçivəsində əldə etdiyimiz hər bir uğur gələcəkdə Vətənimizin adına qazanacağımız böyük qələbələrin başlanğıcıdır”.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info