BANM İzmir Universiteti ilə memorandum imzalayıb
Tarix: 21.11.2016 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb ilə Türkiyənin İzmir Çələbi Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov hər iki ali təhsil müəssisəsi arasında çoxlu oxşar cəhətlərin olduğunu bildirib. Elmar Qasımov Azərbaycan-Türkiyə münasibətlərinin dostluq və qardaşlıq münasibətləri olduğunu deyib. O, qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanacaq əməkdaşlıq müqaviləsinin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa rəvac verəcəyini vurğulayıb.
Bakı ilə İzmirin qardaş şəhərlər olduğunu vurğulayan Türkiyənin İzmir Cələbi Universitetinin rektoru Galip Akhan Azərbaycanda və BANM-də olmaqdan məmnun olduğunu bildirib. Rektor Galip Akhan müqavilədə hər iki tərəf üçün vacib olan, qarşılıqlı maraq doğuran ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində, eləcə də qısa müddətli sənaye yönümlü kurslarda mütəxəssis hazırlığında əməkdaşlığın nəzərdə tutulduğunu deyib.
Sonra Bakı Ali Neft Məktəbi ilə Türkiyənin İzmir Çələbi Universiteti arasında anlaşma memorandumu imzalandı. Müqaviləyə əsasən, həmçinin müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili və bu tədbirlərdə, eləcə də hər iki tərəfin korporativ tədbirlərində tələbə və əməkdaşlarının qarşılıqlı iştirakının təmin edilməsi, birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sonda rektor Elmar Qasımov İzmir Cələbi Universitetinin rektoru Galip Akhana BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib.


Nigar






 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info