“Qadınlara qarşı zorakılığın qarşısının alınmasında ciddi irəliləyişlər əldə olunub”
Tarix: 21.11.2016 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Bakıda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının açılış mərasimi keçirilib.
Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, USAİD, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və digər qurumların təşkilatçılığı ilə baş tutub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışı zamanı bildirib ki, bütün yerli icra hakimiyyətlərində yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilib. Dövlət Komitəsinin sədri qeyd edib ki, bütün dünyada qadınlara qarşı zorakılıq baş verir: “Azərbaycanda bu istiqamətdə xeyli iş görülür. Qadınlara qarşı zorakılığın qarşısının alınması mühüm tədbirlərdən biridir. Qanunvericilik islahatları da daxil olmaqla, bu məsələdə bir sıra vacib tədbirlər görülür. Son dövrdə aparılan araşdırmalar da göstərir ki, bu istiqamətdə ciddi irəliləyişlər əldə olunub”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
İlin əvvəlindən dövlət məşğulluq orqanları tərəfindən 50,2 min nəfər işlə təmin edilib
11.12.2018
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz internet
11.12.2018
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
11.12.2018
DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
11.12.2018
Qaradağda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10524

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info