Ən problemli smartfonlar bəlli olub
Tarix: 21.11.2016 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


“Blannco Technology Group” analitik şirkəti smartfon və planşetlərdə nasazlıqların aşkar edilməsi üzrə tədqiqatın nəticələri ilə bağlı məlumat veriblər. Mütəxəssislərin məlumatına görə, “Android” cihazlarla müqayisədə “iPhone” qurğuları daha problemlidir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır  ki, mütəxəssislər həm proqram təminatı, həm də aparatlarda müşahidə olunan nasazlıqları nəzərə alıblar. Onlar 2016-cı ilin 3-cü rübünün nəticəsinə görə, “iOS” və  “Android” cihazlarında qeydə alınmış problemlərin sayını müqayisə ediblər.
 
Tədqiq edilmiş “Apple” qurğularının 62%-də nasazlıq müşahidə olunub, problemli “Android” cihazlarının payı 47% təşkil edib. “iOS” qurğuları arasında ən çox nasazlıq “iPhone 6” cihazında müşahidə olunub, “iPhone 5S” və “iPhone 6S” antireytinqdə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. “iPhone 4S” ən sabit qurğudur, bu modellə bağlı problemlər yalnız 2% təşkil edib.
 
“LeEco Le2” qurğusu “Android” mobil əməliyyat sistemi ilə işləyən cihazlar arasında ən problemli smartfondur.
 
“Xiaomi” şirkətinin “Redmi 3S” və “Redmi Note 3” qurğuları antireytinqdə ikinci və üçüncü yeri tutublar. Qabaqcıl “Samsung Galaxy S7 edge” qurğusu dördüncü yerdə qərarlaşıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yerli uçan avtomobil Cezerinin təqdimatı keçirilib
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info