“Əgər ABŞ ədalətsizliyə davam edərsə, mütləq bir gün yerlə bir olar”
Tarix: 21.11.2016 | Saat: 17:20:00 | E-mail | Çapa göndər



”ABŞ ikitərəfli razılaşmaya əməl etməli, NATO üzvü kimi Fətullahçı Terror Təşkilatının rəhbəri Fətullah Güləni Türkiyəyə ekstradisiya etməlidir”. 
Bu sözləri Bakıda jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu bildirib.  
Y. Topçu deyib ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) sülh, rifah istəyən bütün dünya ölkələri üçün təhlükəlidir: “ABŞ bu günə qədər bu sahədə öhdəliklərinin heç birini yerinə yetirməyib. İki ölkənin cinayətkarların ekstradisiyası ilə əlaqədar müqaviləsi var. ABŞ bizdən hər hansı cinayətkarı istəyərkən əsla sorğu-sual etmirik. Çünki qarşıdakı ölkə deyir ki, sənin ölkəndə mənim cinayətkar kimi axtardığım birisi var, onu mənə ver. ABŞ da heç nə soruşmadan FETÖ rəhbərini bizə verməlidir. Amma ABŞ indiyə qədər bunu etməyib”. 
Donald Trampın prezident seçilmək şansını seçkidən öncə yüksək dəyərləndirdiyini və proqnozunun doğrulduğunu söyləyən Türkiyə prezidentinin baş məsləhətçisi bildirib ki, D. Trampın dünyada və ABŞ-da nələri dəyişdirəcəyini gözləmək lazımdır: “ABŞ-ın özünəməxsus tarixi, dərin siyasəti var. Əgər Donald Trampı özlərinə bənzədərlərsə, məzlum xalqlar üçün heç nə dəyişməz. ABŞ Türkiyənin, yaxud dünyanın məsələləri ilə əlaqədar proseslərə tarixi mövqeləri prizmasından baxır. Donald Trampın isə iddiaları var və o iddialarını həyata keçirib-keçirməyəcəyi məsələsində şübhəliyəm. Çünki Donald Trampa təzyiq edə, onun mövqeyini dəyişdirə bilərlər. Mənim ABŞ və Donald Tramp hökumətindən istədiyim odur ki, ədalətli olsunlar. Əgər ABŞ ədalətsizliyə davam edərsə, mütləq bir gün yerlə bir olar. ABŞ başqa coğrafiyalarda qan tökməyə son qoymalıdır. Ölkələrdə uşaqları, qadınları öldürməkdən vaz keçməlidirlər. ABŞ hazırda islam dünyasında ən az simpatiya duyulan ölkələrdən biridir. ABŞ-ın islam dünyasında simpatiya qazanmasının yolu var. Bunun yolu islam coğrafiyasından əllərini çəkməsi və qan tökməkdən vaz keçməsidir. Trampdan gözləntimiz budur".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info