Türkiyə Azərbaycan da daxil olmaqla 26 ölkənin turizm şirkətlərinə subsidiya ayırıb
Tarix: 21.11.2016 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Bu il Türkiyə hökuməti ölkəyə çarter reysləri təşkil edən 26 dövlətin 66 turizm agentliyinə subsidiya ayırıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, bunu Türkiyə mədəniyyət və turizm naziri Nəbi Avcı bildirib. N.Avcının sözlərinə görə, tur operatorlar 5 000 çarter reysi üzrə ölkəyə gətirilən xarici turistlər üçün 30,8 mln. dollar pul əldə ediblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Məlumata görə, Azərbaycan, Rusiya, Belorus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Avropa İttifaqının bəzi ölkələrinin turizm agentliklərinə maliyyə dəstəyi göstərilib. Gələn il üçün də prioritet bazar yenə də Rusiya, Almaniya və Böyük Britaniya qalır. Növbəti il üçün isə 6 000 çarter reysi üzrə subsidiyalar veriləcək, subsidiyalar isə hər bir kurort bölgəsinə uçacaq çarter reysinə aid ediləcək.
Qeyd edək ki, 2015-ci ilin fevralından turizm sektorunda böhranla əlaqədar Türkiyə hökuməti MDB-nin 8 ölkəsi ilə işləyən turizm şirkətlərinə dəstək verməyə başlayıb. Dəstək tədbirləri vergi güzəştləri və kreditlərə çıxışın sadələşdirilməsindən ibarət olub. 2016-ci ildə Rusiya ilə münasibətlər pisləşəndən sonra bu ölkədən turist axını əhəmiyyətli dərəcədə azaldığından bu tədbirlər genişləndirilib və 26 ölkəyə şamil edilib. Bundan başqa, Türkiyə hökuməti turistləri gətirən hər çarter reysə görə 6 mln. dollar ödəyib. Ümumilikdə bu il Türkiyə turizmi dəstəkləmək üçün 85 mln. dollar vəsait xərcləyib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info