“Türkiyədə çevriliş cəhdi baş tutsaydı, Azərbaycan da bundan ziyan çəkəcəkdi”
Tarix: 21.11.2016 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Türkiyənin Yerli Düşüncə Dərnəyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıda “Türk Filmləri Həftəsi” ilə əlaqədar tədbir  keçirib.
 
Tədbir çərçivəsində Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı hazırlanmış sənədli film nümayiş etdirilib.
 
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, iyulun 15-də türk xalqının üzləşdiyi olay tarixdə rast gəlinməyən böyük xəyanətdir: “Türk xalqı həmişə olduğu kimi, bu dəfə də xəyanətin qarşısını aldı. Xalq Türkiyə prezidentinin çağırışı ilə meydanlara, küçələrə çıxdı, xainləri şəhidlərin yumruğu ilə əzdi. Türk milləti böyük bir millətdir, xainliklə yox etmək, bölmək mümkün deyil. Türkiyəyə qarşı çıxanlar həmişə türk xalqının dəmir yumruğu ilə əziləcək. Ən azı Azərbaycan xalqını da əlavə etsək, 100 milyondan çox insanın ürəyi türk milləti ilə atdı. Türkiyə və Azərbaycan xalqı ətlə dırnaq kimi bir-birindən ayrılmayacaq qardaş xalqlardır.  Biz bir millət, iki dövlətik. Azərbaycan xalqı Prezident İlham Əliyevbaşda olmaqla, 15 iyulda Türkiyənin yanında olduğunu nümayiş etdirdi”.
 
Yerli Düşüncə Dərnəyinin sədri, AKP Ordu millət vəkili Mətin Gündoğdu qeyd edib ki, “Türk Filmləri Həftəsi” çərçivəsində Türkiyədə 15 iyulda nələrin baş verdiyini bir daha nəzərə çatdırmaq istəyiblər: “Mən tədbirlə əlaqədar Türkiyənin Azərbaycandakı səfiri ilə danışanda bildirildi ki, Bakıda 15 iyul şəhidinin azərbaycanlı həyat yoldaşı var. Nigar xanımın həyat yoldaşı Mahmud Çoşqunsu 15 iyulda İstanbulda, körpüdə şəhid olub. 15 iyul bir işğal cəhdi idi. 244 şəhid və 2126 qazi ilə bu cəhdin qarşısı alındı. Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi baş tutsaydı, Azərbaycan da bundan ziyan çəkəcəkdi. Eyni zamanda qonşu dövlətlər, İran, Suriya da bundan daha çox ziyan çəkəcəkdi”.
 
M. Gündoğdu deyib ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) 40 ildir ki, təşkilatlanıb: “FETÖ olduğu bütün coğrafiyalarda, ölkələrdə, Qazaxıstanda, Qırğızıstanda, Azərbaycanda, Afrikada bu cür çevriliş cəhdləri edə bilər”.
 
Türkiyə prezidentinin baş məsləhətçisi, sabiq mədəniyyət naziri Yalçın Topçu filmlərin xalqların bir-birini tanıması üçün mühüm vasitə olduğunu vurğulayıb: “Mən mədəniyyət naziri olan zaman qardaş xalqların filmlər vasitəsilə bir-birini yaxından tanımasına çalışdım. Bu çərçivədə də müxtəlif ölkələrdə “Türk Filmləri Həftəsi” təşkil edilməyə başladı”.
 
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, əməkdar artist, müğənni Azərin çıxışlarında Azərbaycan və Türkiyə qardaşlığının daimi olduğunu vurğulayıblar. Dünya Azərbaycanlıları Konqresinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Azərbaycan xalqının milli azadlıq hərəkatından, 20 Yanvar faciəsindən danışıb, 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınmasının böyük qəhrəmanlıq olduğunu vurğulayıb: “Mədəniyyət bütün silahlardan daha güclüdür, xalqlar arasında mədəni əlaqələrin inkişafı mühümdür”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info