Azərbaycanın Xarkovdakı fəxri konsulu dövlət ordeninə layiq görülüb
Tarix: 21.11.2016 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Ukraynanın yüksək dövlət ordeninə layiq görülüb.
APA-nın xəbərinə görə, Ukrayna prezidenti Pyotr Poroşenkonun sərəncamına əsasən Ukraynada aqrar islahatların inkişafında xidmətləri olan bir qrup şəxs “Dövlətə xidmət” ordeni ilə təltif olunub. Təltif olunanlar arasında Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov da var. O, Sum vilayətində həyata keçirilən aqrar islahatların və aqrosənaye komplekslərinin inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Dövlətə xidmət” ordeninə layiq görülüb.
Qeyd edək ki, 1992-ci ildən Ukraynada yaşayan Əfqan Salmanov Sum vilayətində nümunəvi aqrosənaye kompleksi yaradaraq bölgədə aqrar islahatların həyata keçirilməsinə səmərəli töhfələr verib. O, 5-ci və 6-cı çağırış Sum Vilayət Şurasının deputatı seçilib. Ə. Salmanov 2014-cü ildə prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu təyin olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info