Ərdoğanın baş məsləhətçisi:  “Türkiyənin Avropa İttifaqına daxil olmasını arzulamamışam”
Tarix: 21.11.2016 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


“Şəxsən mən bir siyasətçi kimi heç vaxt Türkiyənin Avropa İttifaqına daxil olmasını arzulamamışam. Arzum Balkanlardan Çin səddinə qədər birləşmiş, dildə, fikirdə bir olan Türküstan dünyasıdır. Mən 14 yaşından belə bir birliyin arzusundayam”.
 
Bunu Bakıda səfərdə olan Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu bildirib.
 
Y. Topçu Türkiyə hökumətlərinin zaman-zaman Avropa İttifaqına üzv olmaq kimi arzularının olduğunu söyləyib: “Türkiyə prezidentinin baş məsləhətçisi kimi danışsam, Avropa İttifaqı Türkiyəyə möhtacdır, Türkiyənin Avropa İttifaqına heç bir ehtiyacı yoxdur. Avropa İttifaqının Türkiyənin yeraltı, yerüstü sərvətlərinə, tarixi dəyərlərinə, insan resurslarına çox ciddi ehtiyacı var. Əgər Avropa İttifaqı ölkələri Asiya, Balkanlar, Orta Şərq, Afrika ilə ticarət, turizm sahəsinə əməkdaşlıq istəyirlərsə, o ölkələrlə öz ölkələri arasında mədəni əlaqələr qurmaq istəyirlərsə, bunun açarı Türkiyədir. Asiyada da, Orta Şərqdə də, Balkanlarda da, Afrikada da həm təhlükəsizliyin, həm müstəqilliyin, həm də rifahın açarı Türkiyədir. Avropa İttifaqı Türkiyə ilə əməkdaşlıqdan yalnız qazanır. Ancaq anlaşılan və görünən odur ki, Avropa İttifaqı Türkiyə ilə münasibətlərdə ipə un sərməkdədir”.
 
Y. Topçu bildirib ki, Türkiyənin hazırkı hökuməti və dövləti, prezidenti Avropa İttifaqı ölkələrinin bu niyyətini görüb, Avropa İttifaqı ölkələrinin Türkiyəni bölməyə və parçalamağa zəmin hazırlayan olayların, terror təşkilatlarının arxasında durduğunu müəyyənləşdirib. “İstər PKK, istər “İŞİD”, istər FETÖ terror təşkilatının bəslənmə qaynağına baxsaq, bunlar guya NATO və Avropa İttifaqı içərisində bizimlə strateji ortaq olduğunu söyləyən ölkələrdir. Bu terror təşkilatlarının silahlarının hamısı bu ölkələrin silahlarıdır. Türkiyə bunu gördü və müəyyənləşdirdi. Almaniyada PKK terror təşkilatının “qırmızı bülleten”lə axtarışda olan 4 min 500 üzvü, quldur var. Avropa İttifaqının mərkəzi olan Belçikada Türkiyənin önəmli bir iş adamını silahla öldürən bir qatil var. Belçika illərdir ki, o qatili Türkiyəyə vermir. Avropa İttifaqındakı ölkələrin Türkiyə ilə dostluğu bu səviyyədədir. Türkiyənin bölücü terror təşkilatı ilə mübarizə aparmasına rəğmən hələ də Avropa İttifaqı ölkələrində PKK-ya dəstək verir, onu qoruyurlar.  Bunların içərisində NATO üzvləri də var”.
 
Türkiyə prezidentinin baş məsləhətçisi deyib ki, hazırda Türkiyənin Avropa İttifaqı ilə münasibətləri Avropa İttifaqı ölkələrinin Türkiyəyə qarşı terrorla mübarizə və digər məsələlərdə atacağı addımlara bağlıdır: “Türkiyə dövləti və milləti əsla Avropa İttifaqına məhkum deyil”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib
21.01.2019
“AZƏRSUN HOLDİNQ”-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info