“Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün formatı genişlənə bilər”
Tarix: 21.11.2016 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


“Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü gələn il Tehranda keçirilə bilər”. 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında deyib. B. Qasımi bildirib ki, üçtərəfli zirvə görüşü ölkələr arasında münasibətlərin daha da inkişafına xidmət edir: “Düşünürəm ki, bu görüşün tərkibi dəyişərək bir neçə ölkə prezidentinin iştirakı ilə təşkil oluna bilər”. 
O əlavə edib ki, Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşünün vaxtı və gündəliyi haqqında indidən danışmaq tezdir. 
Sözçü ABŞ-da keçirilən prezident seçkiləri və Donald Trampın prezident seçilməsinə dair sualları da cavablandırıb. O, İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planının (BHFP) bir neçə ölkə arasında razılaşdırıldığını xatırladıb: “Müqaviləni BMT də təsdiqləyib. Sadəcə, iki ölkənin əldə etdiyi razılaşma deyil ki, bir tərəf müqaviləni pozsun. 
B. Qasımi İranın digər ölkələrlə viza rejimini ləğv etməsinə dair suallara cavabında bildirib ki, indiyədək  Ermənistan və Gürcüstanın İran vətəndaşları üçün vizanı ləğv  etməsi məsələsi müzakirə olunub. Bununla bağlı razılıqlar əldə edilib.
 




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info