90 140 nəfər gənc peşəyönümü tədbirlərə cəlb olunub
Tarix: 21.11.2016 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran vətəndaşların əmək bazarında rəqabətqabiliyyətli peşələrə yiyələnməklə məşğulluq imkanlarına malik olması məqsədilə tədbirlərini davam etdirir.
Cari ilin yanvar-oktyabr aylarında nazirlik tərəfindən 3 242 nəfər vətəndaş kompüter istifadəçisi, dərzi, elektrik montyoru, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, elektrik qaynaqçısı, xalçaçılıq, qənnadçı, bərbər və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Həmin şəxslərdən 2 963 nəfəri (o cümlədən 131 nəfər əlil vətəndaş) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarına, qalan 279 nəfər isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub.
Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 3 242 nəfərin 410 nəfərini və ya 12,6 faizini əlilliyi olan şəxslər təşkil edib. Həmçinin qeyd olunan dövrdə kurslara cəlb olunanların 2 131 nəfəri və ya 65,7 faizi gənclərdən ibarət olub. Kursları bitirən vətəndaşlara sertifikatlar verilib.
Gənclərin düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə onlar arasında valideynlərin iştirakı ilə peşəyönümü tədbirləri də davam etdirilir. Cari ilin 10 ayında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən əksəriyyəti yuxarı sinif şagirdlərindən ibarət olan 90 140 nəfər gənc peşəyönümü tədbirlərinə cəlb olunub. Bu tədbirlərdə gənclərə mövcud əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə məlumatlar, peşəyönümü məsləhət və tövsiyələr verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info