Əli Əhmədov: “Azərbaycanda YAP-dan başqa heç bir siyasi təşkilat xalqın istəyi ilə yaranmayıb”
Tarix: 21.11.2016 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


“YAP Azərbaycanda yeganə partiyadır ki, xalqın istəyi ilə yaranıb. Bu partiyadan başqa heç bir siyasi təşkilat xalqın istəyi ilə yaranmayıb”.
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın yaranmasının 24 illiyi münasibəti ilə Binəqədi rayon təşkilatında keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, buna səbəb ötən əsrin 90-cı illərinin əvvəlində xalqın düşdüyü bəladan çıxış yolu axtarması, tez-tez dəyişən iqtidardan nizamlı bir quruluşa keçid etmək cəhdi olub: “Xalqa xilaskar lazım idi və bu da ulu öndər Heydər Əliyev idi. Xalqa onu irəliyə apara biləcək siyasi təşkilat lazım idi ki, bu da ulu öndərin yaratdığı YAP oldu. Burada şəxsiyyət amili də əsas rol oynayırdı. Məhz bu partiyanın yaranması üçün xalq Heydər Əliyevə müraciət etdi. YAP yarandığı dövrdə xalqın ona göstərdiyi etimadı doğrulda bildi. 92-93-cü illərdəki vəziyyəti bugünkü yüksəklikdən baxıb təsəvvür etmək çətindir. O dövrdə hərc-mərcliyə son qoyulacağını, iqtisadiyyatda baş verən tənəzzülün qarşısını alıb islahatlara başlamağı, ermənilərin işğalının qarşısını alacağını, ayrı-ayrı silahlı dəstələrin fəaliyyətinə son qoyulacağını xalq məhz Heydər Əliyevin şəxsiyyəti ətrafında görürdü və seçimini də düz etdi. Xalq öz gücünü Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdirərək Azərbaycanın o zaman düşdüyü çətinlikdən çıxarmağı düzgün yol hesab edirdi”.
Ə. Əhmədov bildirib ki, YAP-ı güclü partiyaya xalqın gücü və Heydər Əliyevin böyük şəxsiyyəti çevirib: “YAP yeganə partiya idi ki, yaranandan 6 ay sonra onun rəhbəri hakimiyyətə gəldi. Bu, xalqın istəyi idi. Məhz buna görə bir daha deyirəm ki, Azərbaycanda YAP-dan başqa heç bir siyasi təşkilat xalqın istəyi ilə yaranmayıb”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info