Gəncədə yeni zavod inşa olunacaq
Tarix: 21.11.2016 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Belarus nümayəndə heyətini qəbul edib.
 
Görüş çərçivəsində Gəncədə  “Süd və süd məhsulları” zavodunun inşası məqsədilə memorandum imzalanıb. Belarus Kənd Təsərrüfatı Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin imzaladığı memoranduma əsasən Gəncədə aqrar-sənaye kompleksi tikiləcək. 6 min hektar ərazini əhatə edəcək zavodun 2017-ci ildə tikilib təhvil verilməsi nəzərdə tutulub.
 
E. Vəliyev bildirib ki, aqrar-sənaye kompleksin tikintisinə belaruslu mütəxəssislərin cəlb olunması bu sahənin inkişafına təkan verəcək. 
 
Belarusun Kənd Təsərrüfatı nazirinin birinci müavini Mariniç Leonid Adamoviç vurğulayıb ki, layihənin icra ediləcəyi ərazidən torpaq nümunələri götürülərək onun məhsuldarlığı və kimyəvi elementləri yoxlanılacaq. Zavodda iri buynuzlu heyvanlardan alınan süddən yerli əhali və region əhalisi üçün süd və süd məhsulları istehsal olunacaq.
 
Xatırladaq ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Belarusa işgüzar səfəri çərçivəsində kombinatın tikintisi ilə bağlı razılıq əldə olunub. İcra başçısını və rəhbərlik etdiyi nümayəndə heyətini Belarusun baş nazirinin müavinləri Mixail Rusıy və Vladimir Semaşko qəbul ediblər. Görüş zamanı Gəncə şəhərində aqrar-sənaye kompleksinin inşa olunması üçün birgə işçi qrupu yaradılıb.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info