UNEC alimi SABAH qruplarının İqtisad Universitetinə müsbət təsirlərini təhlil edib
Tarix: 21.11.2016 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əlaqələr və Proqramlar üzrə prorektoru Şahin Bayramovun İsveçrədə dərc olunan “Diva International” jurnalının rəsmi saytında “Azərbaycan ali təhsilində elit qruplar” adlı məqaləsi dərc olunub. UNEC prorektorunun məqaləsi Azərbaycan ali təhsil sistemində həyata keçirilən islahatların tərkib hissəsi olan SABAH qrupları layihəsinin təhlilinə həsr olunub. Ş.Bayramov məqalədə SABAH layihəsini UNEC-in timsalında araşdırıb. Müəllif SABAH qruplarının UNEC-in ümumi fəaliyyətinə müsbət təsirlərini ali təhsil müəssisələrinin idarə edilməsi nəzəriyyələri arasında mühüm yer tutan Metyu Effekti (Matthew Effect) konsepsiyasını tətbiq etməklə nəzərdən keçirib. O, SABAH tələbələrinin üçdə birinə ev sahibliyi edən və sırf iqtisad və biznes yönümlü universitet olan UNEC-in ilk iki il ərzində layihədən əhəmiyyətli faydalar əldə etdiyini vurğulayıb. Elit qrupların idarəedilməsi məsələsinə toxunan müəllif SABAH-ın Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən koordinasiya olunan vahid idarəetmə modelinə malik olduğunu bildirir. O, qeyd edir ki, Təhsil Nazirliyi ev sahibliyi edən universitetlərə birbaşa akademik, texniki və maliyyə dəstəyi göstərir. Bu baxımdan, layihə ilk olaraq, ali təhsil müəssisələrində (ATM) akademik idarəçilik və tədris proqramlarının inkişafı ilə bağlı bürokratiyanı əhəmiyyətli azaldıb. Digər tərəfdən, SABAH qrupları xətti ilə universitetlər əlavə maliyyə dəstəyi əldə etmiş olurlar. UNEC-də SABAH tələbələrinin sayını diqqətə çatdıran müəllif yazır: “UNEC-in SABAH qruplarına qəbul ilk iki il buraya böyük marağın olduğunu gostərdi. Nəticədə, başqa universitetlərdə təhsil alan 100-dən çox tələbə UNEC tələbəsi oldu. Həm dövlət, həm də özəl ATM-dən istedadlı və perspektivli tələbələrin cəlb olunması üçün effektiv metod olmaqla yanaşı, SABAH Azərbaycan ali təhsilinin “milli brendi”nə çevrilib. Bu qruplara ən istedadlı tələbələrin cəlb olunması “bumeranq” mexanizmi kimi çalışır. Belə ki, SABAH-la bağlı seçim imkanları və tələblərin artırılması nəticədə tədris prosesinin və tələbələrin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır”. Məqalədə UNEC-in SABAH qruplarında tədris prosesinin Harvard, Oksford, LSE və UPenn kimi qabaqcıl universitetlərin təcrübəsinə və tədris proqramına əsaslanması qeyd olunur. Demək olar ki, butun dərslər ingilis dilində tədris olunur. Tədris və idarə heyəti mərkəzləşmiş qaydada Təhsil Nazirliyi tərəfindən koordinasiya olunur. Tədris heyəti əsasən, UNEC-in və başqa universitetlərin qərb təhsilli (ABŞ, Birləşmiş Krallıq, Kanada və s.) gənc müəllimlərindən ibarətdir. Eyni zamanda, bir sıra iqtisadçı ekspertlər və praktiki mütəxəssislər tədrisə cəlb olunublar. SABAH-ın mahiyyəti və missiyasına uyğun olaraq, yuksək akademik və ixtisaslaşma tələbləri baxımından UNEC SABAH qruplarında dərs demək asan deyildir. SABAH dərslərini aparmaq müvafiq ixtisas üzrə mükəmməl bilik və vərdişlərə malik olmaq, akademik mühitdə yüksək nüfuza malik olmaq deməkdir. Bu baxımdan, UNEC qabaqcıl xarici universitetlərdən tanınmış professorların da cəlbinə mühüm diqqət yetirir. Layihənin ilk iki ili ərzində 10-dan artıq xarici professor SABAH qruplarında dərs deyib. UNEC SABAH qruplarına dəvət olunan professorların digər fakültələrdə oxuyan tələbələr üçün də mühazirələr oxumasını təşkil edir. Ş.Bayramov UNEC-in SABAH qruplarına biznes dünyasının da böyük maraq göstərdiyini önə çəkib. İki bank, bir sığorta şirkəti və bir dövlət komitəsinin dəstəyi ilə universitetdə xüsusi laboratoriyaların yaradıldığını bildirib. SABAH tələbələri burada praktiki təlimlərə cəlb olunurlar. Şirkətlərin mütəxəssisləri həmin laboratoriyalarda mütəmadi seminarlar təşkil edirlər. Müəllif SABAH-ın universitet- biznes əməkdaşlığının inkişafına töhvəsini tələbələr üçün yeni təcrübə imkanlarının yaranmasına və tədris proqramının məzmununun təkmilləşməsinə gətirib çıxarması ilə əsaslandırır. Nəticə olaraq, alim UNEC-in milli və regional səviyyədə nüfuzunun artmasında, dünya universitetlərinin “Webometrics” reytinq sıralamasında mövqeyinin yaxşılaşmasında və bütövlükdə universitetdə tədrisin keyfiyyətinin yüksəlməsində SABAH layihəsinin mühüm rol oynaması qənaətinə gəlir.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info