Çin ABŞ iqtisadiyyatını ələ keçirir
Tarix: 21.11.2016 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Proqnozlor göstərir ki, bu il üçün Çinin ABŞ iqtisadiyyatına yatırdığı sərmayə əvvəlki illərdən iki dəfə çox- 25-30 milyard dollar arasında olacaq

Son illər ilk dəfə olaraq Pekinlə Vaşinqton arasında investisiya əlaqələrində köklü dəyişiklik baş verir. Belə ki, Çin ilk dəfə olaraq ABŞ-ın bu ölkəyə yatırdığı sərmayədən daha çox özü Birləşmiş Ştalara sərmayə yatıracaq. Qeyd edilməlidir ki, Çin digər ölkələrə də yatırdığı investisiyaları sürətlə artırır.
Doğrudur, hələ ki, Çində yatırılan ABŞ investisiyasının məbləği Çinin ABŞ-a qoyduğu investisiyaların ümumi həcmindən, demək olar ki, dörd dəfə çoxdur. Yəqin ki, elə bu fakta görə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Çini Amerikanın pul və iş yerlərini ələ keçirməkdə ittiham edib. Amma görünən budur ki, Çinin apardığı uğurlu qlobal strategiyada bu problem öz-özünə həllini tapacaq. Çin ABŞ-dan birbaşa olaraq az investisiyalar cəlb etməklə, ABŞ iqtisadiyyatı üçün investisiya donoru olmaqdadır. Belə bir addımın dönüş nöqtəsi 2015-ci ildə baş verib. Bu barədə ABŞ-Çin münasibətləri üzrə ABŞ Milli Komitəsi və “Rhodium Group” analitik firmasının birgə yaydığı hesabatda məlumat verilir. Hesabatda göstərilir ki, hələ ötən il Çinin ABŞ-a yatırdığı birbaşa investisiya 15 milyard dolları ötüb. Lakin bu ərəfədə Çindən fərqli olaraq, ABŞ bu ölkə iqtisadiyyatına cəmi 13 milyard dollar investisiya yatırıb. ABŞ Milli Komitəsinin etirafına görə, amerikalı investorların Çinə yatırdığı investisiya tədricən azalıb. Belə ki, 2008-ci ildə Çinin ABŞ-a yatırdığı 1 milyard dollarlıq sərmayə qarşılığında, ABŞ Çinə 20 milyard dollarlıq sərmayə yatırıb. Proqnozlar göstərir ki, bu il üçün Çinin ABŞ iqtisadiyyatına yatırdığı sərmayə əvvəlki illərdən iki dəfə çox- 25-30 milyard dollar arasında olacaq. Bəlkə də, elə buna görədir ki, bir çox amerikalı siyasətçilər ABŞ-dakı iqtisadi çətinliklərin mənbəyi kimi, məhz Çini görürlər. Təsadüfi deyil ki, Donald Tramp da çıxışlarının əksəriyyətində ABŞ-dakı iqtisadi sıxıntıların yaşanmasını daha çox Çinlə əlaqələndirir. “Biz Çinə ölkəmizə qarşı təzyiqi davam etdirməsinə imkan verə bilmərik”, deyə bildirən Tramp Çini ən böyük oğurluq və xarici valyuta fırıldaqçılığında ittiham edir. Vaşinqtonun əsas narahatlığı Pekinin milli valyutası olan yuan zəifləməsi ilə ixraca təkan verməsidir. Yuan-dollar dəyərlərinin son səkkiz il ərzində minimuma çatması da əsas narahatçılıqlardan birdir. Qeyd edilməlidir ki, Çinin artan investisiya potensialı göz önündədir. Çin dövlətinin rəsmi məlumatına görə, bu ilin 10 ayı ərzində ölkənin xaricə birbaşa qeyri-maliyyə investisiyası 146 milyard dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə, demək olar ki, 53 faiz çoxdur. Eyni zamanda, Çin iqtisadiyyatına bütün birbaşa xarici investisiya həcmi 2015-ci ilin analoji dövrü ilə müqayisədə, sadəcə, 4,2 faiz artaraq yanvar-oktyabr ayları ərzində təxminən 98 milyard dollar təşkil edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info