Hindistanda qatar qəzası
Tarix: 21.11.2016 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Hindistanın Uttar-Pradeş ştatında sərnişin qatarının vaqonlarının relsdən çıxması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb. NDTV telekanalının məlumatına görə, ölənlərdən 80 nəfərin kimliyi müəyyənləşib. Onların hamısı Hindistan vətəndaşıdır.
Qəza yerində xilasetmə əməliyyatları başa çatıb. Qəzanın səbəbi indiyədək aydınlaşmayıb. Sahə ilə əlaqəli məmurlar faciənin relslərdən birinin sınması səbəbindən baş verdiyini güman edirlər. Həlak olanların sayının bu qədər çoxluğu isə qatarın normadan artıq yüklənməsi ilə izah olunur. İlkin məlumata görə, min nəfər üçün nəzərdə tutulmuş vaqonlarda 1700-ə yaxın sərnişin olub. Xatırladaq ki, İndor-Patna reysi ilə hərəkət edən sürət qatarı bazar gününə keçən gecə relsdən çıxıb. Bu, 2010-cu ildən bəri ölkədə baş vermiş ən böyük dəmir yolu qəzasıdır. O vaxt Qərbi Benqalda sərnişin və yük qatarlarının toqquşması nəticəsində 146 nəfər həlak olmuşdu. Qeyd edək ki, Azərbaycan Prezidenti faciə ilə əlaqədar Hindistan Prezidentinə başsağlığı verib.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Şri-Lankada partlayışlarda ölənlərin sayı 310-a çatıb
23.04.2019
Nigeriyada polis avtomobili insanların üzərinə sürüb: 8 ölü, 30 yaralı
23.04.2019
Şri-Lankada törədilən terror aktlarında həlak olan xarici ölkə vətəndaşları
23.04.2019
Kanadada Hous Pik zirvəsində həlak olan 3 alpinistin cəsədləri tapılıb
22.04.2019
Dmitri Peskov: Putinin Zelenski ilə əməkdaşlığından danışmaq hələ tezdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info