Litvada NATO təlimləri başlayıb
Tarix: 21.11.2016 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Litvada Şimali Atlantika Alyansının (NATO) irimiqyaslı “Dəmir qılınc” manevrləri başlayıb. Manevrlərdə NATO-nun üzvü olan 11 ölkədən təqribən 4 min hərbi qulluqçu iştirak edir. Litva Müdafiə Nazirliyi xəbər verir ki, təlimlər Yonav rayonunun Qayjyunay poliqonunda və Şvençyonis rayonunun Pabrade poliqonunda keçirilir.
Litva Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, briqada generalı Valdemaras Rupşis deyib: “Zaman silahlı qüvvələr qarşısına əvvəllər müşahidə olunmayan formalarda yeni-yeni çağırışlar çıxarır. Bölmələri və qərargahları bu çağırışlara səmərəli reaksiya verməyə hazırlamaq lazımdır”. General V.Rupşisin sözlərinə görə, təlimlərin əsas məqsədlərindən biri belə təhlükələri dəf etməkdir. Litva Baltik ölkələri arasında yeganə dövlətdir ki, Pabrade poliqonunda yaşayış məntəqələri şəraitində hərbi təlimlər üçün kompleks inşa edib və bu ilin yazında hərbçilərin sərəncamına verib. Kompleksə “Şəhərdə döyüş” adı verilib. Hərbi təlimlər üçün yaşayış məhəlləsi, polis məntəqəsi, avtobus stansiyası, məktəb, park və küçə kommunikasiyaları olan şəhərcik inşa edilib. Təlimlərdə Böyük Britaniya, Almaniya, Latviya, Litva, Lüksemburq, Kanada, Polşa, Rumıniya, Sloveniya, ABŞ və Estoniyanın hərbi bölmələri iştirak edir.





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info