Bakı Limanının elektron informasiya bazası istifadəyə veriləcək
Tarix: 21.11.2016 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


"Made in Azerbaijan" brendinə Ələt qəsəbəsində yaradılan Azad Ticarət Zonası tipli iqtisadi zonanın böyük töhfəsi olacaq”. Bu sözləri "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov AZƏRTAC-ın sualını cavablandıraraq deyib.
O bildirib ki, Azərbaycan xam məhsulu ixrac edir: “Biz istəyirik ki, bu xam məhsullar Azad Ticarət Zonasında bəlli proseslərə uyğun olaraq paketləndirilib "Made in Azerbaijan" brendi adı ilə xarici ölkələrə çıxış etsin”. Taleh Ziyadov qeyd edib ki, gələn ildən Bakı Limanının fəaliyyətini asanlaşdırmaq üçün elektron informasiya bazası istifadəyə veriləcək. Bakı Limanı ilə Dövlət Gömrük Komitəsi sıx əməkdaşlıq edir, yaxın vaxtlarda bu iş avtomatlaşdırılmış, elektron formada aparılacaq. T.Ziyadovun sözlərinə görə, gələn ildən Azərbaycana gələn tırlar gömrükdən keçən zaman artıq Bakı Limanına bu barədə məlumat daxil olacaq: “Biz elektron informasiya bazası vasitəsilə tırın limana çatma vaxtı, hansı gəmi ilə yola salınması və digər məlumatları qabaqcadan bilib, planlı şəkildə hərəkət edəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info