Ədliyyə orqanlarında gənclərin sayı artıb
Tarix: 22.11.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq ədliyyə orqanlarında gənclərin işlə təminatı daim diqqətdə saxlanılır, onlara xüsusi qayğı ilə yanaşılır.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, bu gün ədliyyə sistemində çalışan işçilərin, demək olar ki, hər ikisindən birini gənclər təşkil edir. Ədliyyə orqanlarına qulluğa qəbul mütəmadi xarakter daşıyır və son illər şəffaf seçimlər əsasında 2 minə yaxın gənc ədliyyənin müxtəlif sahələrinə işə qəbul olunub. Həmçinin, Penitensiar xidmətin hazırlıqlı və mənəvi cəhətdən saf gənclərlə komplektləşdirilməsi məqsədi ilə qulluğa qəbulla bağlı açıq müsabiqələr keçirilir, Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyası ilə bağlanılmış müqaviləyə əsasən Akademiyada Penitensiar xidmət üçün mütəxəssislər hazırlanaraq nazirliyin sərəncamına göndərilir. Ötən dövrdə ümumilikdə 800-dən cox gənc mütəxəssis Penitensiar xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunub və hazırda onlar səmərəli fəaliyyətləri ilə fərqlənirlər. Bu günlərdə ədliyyənin müxtəlif sahələrinə, o cümlədən Penitensiar xidmətə təyinat alan bir qrup gənclə ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində nazirliyin rəhbərliyinin görüşü keçirilib. Nazirlikdə keçirilmiş tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlardan danışıb, dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs edib. Nazir, həmçinin hər bir ədliyyə işçisindən məsuliyyət, etik davranış qaydalarına dönmədən əməl olunması, insanlara qayğılı münasibət göstərilməsi, korrupsiyanın yolverilməzliyi kimi əsas meyarların tələb olunduğunu söyləyib, gənclərə xidməti vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyə və tapşırıqlarını verib, uğurlu fəaliyyət arzulayıb. Çıxış edən gənclər peşə bayramı ərəfəsində qulluğa qəbul olunmalarından yüksək qürur hissi keçirdiklərini bildiriblər. Sonra tədbirdə iştirak edən nazirliyin aidiyyəti idarələrinin rəhbərləri tərəfindən gənclərə bilavasitə xidməti fəaliyyətləri ilə bağlı zəruri məsləhətlər verilib, təyinat almış yeni əməkdaşlar bayrağımız önündə təntənəli qaydada and içiblər.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info