Emin Musəvi ilə gənclərin görüşü keçirilib
Tarix: 21.11.2016 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə tanınmış aparıcı, “ASAN FM” radiosunun rəhbəri Emin Musəvi ilə gənclərin görüşü keçirilib. Görüş ittifaqın nəzdində fəaliyyət göstərən Jurnalistlər işçi qrupunun təşəbbüsü ilə həyata keçirilib.
Görüşə giriş sözü ilə başlayan Jurnalistlər işçi qrupunun rəhbəri Türkanə Əsədova tanınmış aparıcı haqqında gənclərə qısa məlumat verib. Daha sonra çıxış edən Emin Musəvi gənclərlə həmsöhbət olduğu, onların suallarını, fikirlərini öyrənmək istədiyini qeyd edib. Gənclərin suallarını cavablandıran Emin Musəvi gənclərə öz tövsiyyələrini verib. “Gördüyün hər bir işin peşəkarı olmaq üçün çox çalışmaq lazımdır. Müsahibə alanda, mütləq müsahibin haqqında verəcəyin suallar, eyni zamanda mövzu haqqında yaxşı öyrənmək, məlumatlanmaq lazımdır. O zaman müsahibin biləcək ki, siz onun haqqında bilirsiniz və o sizinlə daha maraqla danışmağa başlayacaq”.
"ASAN FM" radiosunun rəhbəri Emin Musəvinin radio və televiziya sahəsində 20 ilə yaxın təcrübəsi var. 2004-cü ildə "106.3 FM" radiosunu yaradıb və həmin radionun rəhbəri olub. Sonda gənclərlə xatirə şəkli çəkdirən tanınmış aparıcı, onlarla görüşdən razılığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
“Acer” yeni noutbuk modellərini təqdim etdi
26.04.2019
ATU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvüləri növbəti reyd-yoxlamalar keçirib
26.04.2019
Tanınmış həkim Azərbaycanı beynəlxalq konfransda təmsil edib
26.04.2019
“Mənəviyyat tariximizin örnəyi” mövzusunda konfrans keçirilib
26.04.2019
Özbəkistan nümayəndə heyətinin ölkəmizə səfəri uğurlu olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10760

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
5 Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info