Bakıda “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda beynəlxalq forum keçirilir
Tarix: 22.11.2016 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda beynəlxalq forum öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov forumun məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, forumun təşkilinin məqsədi ölkəmizin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmiş multikulturalizmin Azərbaycan modelinin təbliği, Qarabağın tarixi haqqında həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasıdır.
Noyabrın 21-dən 25-dək Bakıda və Avropanın Gənclər Paytaxtı seçilmiş Gəncədə keçiriləcək forum Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırılır.
Gəncədə Avropanın gənc alimlərinin və media təmsilçilərinin iştirakı ilə multikulturalizmin Azərbaycan modeli barədə diskussiyalar təşkil ediləcək. Tədbir iştirakçıları arasında ölkəmizin tarixi Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması nəticəsində dağıdılmış abidələrin problemi ilə bağlı birgə elmi məqalələrin hazırlanması və Avropada çap edilməsi, eləcə də digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info